Niderlandda naməlum şəxs insanlara hücum edib, xəsarət alanlar var

Niderlandda bıçaqla silahlanmış naməlum şəxs insanlara hücum edib.

"Report" xarici mətbuata istinadla xəbər verir ki, hadisə paytaxt Amsterdamda baş verib.

Hücum nəticəsində iki nəfər xəsarət alıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, polis helikopteri cəlb edilib.

İnsidentin təfərrüatı açıqlanmır.

Daha əvvəl Niderlandın Brabant əyalətinin Helmond şəhərində naməlum şəxsin maşına atəş açması nəticəsində 15 və 2 yaşlı qız yaralanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar