Novruz ərəfəsi Azərbaycandan İrana axın var

Bir ilə yaxındır ki, Astara gömrüyü 24 saatlıq iş rejiminə keçib. Buna baxmayaraq, keçiddə növbəyə durub saatlarla vaxt itirənlər az deyil. Novruz bayramı ərəfəsində bu problem özünü daha kəskin göstərir. Həftənin şənbə və bazar günləri İrana gedənlərin sayının 2 min nəfərdən çox olduğu bildirlir.

İrandan qayıdan Lənkəran rayonun Xolmili kənd sakini Şirvan Hacıyev keçiddə saatlarla vaxt itirdiyini deyir:“Gömrükdən 3-4 saata keçmişəm. İrana bazarlığa getmişdim. Əlavə ərzaq məhsulları da gətirmişəm. Vəziyyətmi düzəldim. Üç uşaq atasıyam. 52 kloqram mal götürümüşəm, yarısını aldılar. Bayram ərəfəsidir, bizdə hər şey bahadır. Pulumuz orda bahalaşıb, çox mal ala bilirik. Buna görə İrana getmişəm. Kəndimizdən İrana bazarlığa gedənlər çoxdur. Vaxtaşırı gedirik. Eşidəndə ki, pulumuz orda qalxıb, bizə sərf edir, onda İrana gedirik. Elə İran Astarasında bazarlıq edirik.”

İrandan yenicə gələn qadın söhbətə qoşulur: “İran Astarsına keçdik. Taksiyə mindik.Taksi sürücüsü qadın idi. Bizi “Rus bazarı” deyilən yerə apardı. Yolda bizə dedi ki, İran pulunun ucuzlaşması qonşu ölkələrdən bazarlığa gələnlərin sayınnın artmasına səbəb olub. O dedi ki, İranı daşıyırlar. Türkiyə, İraq, Əfqanıstan sərhədlərində də eyni vəziyyət var. Apteklərdə də növbə gördük. Hansı apteka getdik orada vətəndaşlarımızı gördük. Orda dərmanlar bizə nisbətən ucüzdur. Bizə dərmanları İranlılara nisbətən baha verirdilər. Ərzaq məhsullarını alanda da bunu gördük. İranlılar mal alanda satıcıya deyirdilər ki, onlar İranlıdır. Bizə nisbətdə onlar aşağı qiymtə mal alırdılar. Deyirdilər ki, mağazalara belə göstəriş veriblər. Birinci dəfə idi İrana gedirdim. Hara getdim bizim adamlara rast gəldim. Gələndə Astara gömrük keçid məntəqəsində böyük növbə var idi. Bu taya çıxmaq üçün dörd saata yaxın növbədə durduq. Nə almışamsa gətirdim. Mənə heç nə demədilər.”

O əlində tutduğu yükləri göstərib sözünə davam edir: “Birində ərzaqdır. Mən lazım olan ərzağın hərəsindən birini almışam.Amma İran gömrüyündə bizə xəbərdarlıq etdilər ki, un, düyü, toyuq əti almayaq. Gətirənlər gətirir.”

Astara rayon sakini Fayıq Cəfərzadə də gördüklərindən danışır.

Onun bildirdiyinə görə, Azərbaycandan İrana mal aparılmır. İrandan Azərbaycana mal gətirlir: “Əslində İran gömrüyündə qadağalar olmalıdır. Çünki mallar İranındır. Amma, Azərbaycanın Astara keçid məntəqəsində qadağalar var. İran gömrüyündə bir elə növbə yoxdur. Bizim vətəndaşların İrana getməsinin səbəbləri var. Əsas səbəb odur ki, insanlar ucuzluğa qaçır. İrana bazarlığa ən çox imkanı aşağı olanlar gedir.Mən indyə kimi bir nəfər imkanlı adam görməmişəm ki, İrana bazarlığa getsin. Gömrük keçid məntəqəsi kasıbların həyat yoludur.Bir çox ailələr var ki,bununla dolanır.Tutaq ki,Azərbaycanda bayram süfrəsi ən azı 100-150 manat pul götürürsə, İranda 50 manat xərc çəksən kifayyət edər. ” ("Azadlıq" radiosu)

635x100

Şərhlər

EJDER 2019-03-16 23:40:41

BES BRABO KIMLERLE ALVER EDECEK...HIYYY...IRAN TEREFDE NOVBE OLMUR.BIZ TEREFDE ANALOQU OLMAYAN QARIWIQLIQ OLUR...HEC DEYILESI DEYIL.ACIN SERHEDLERI ,IMKAN VERIN CAMAAT DOLANSIN.AY O...R,LUKAWENKO CANI.BRAVO BIYEM GORUNA APARACAQ,INKIWAFI

Son yazılar