Maduro Venesuelada yeni hərbi təlimlərin başlandığını bildirib

Venesuela prezidenti Nikolas Maduro ölkədə yeni hərbi təlimlərin başlandığını elan edib.

"Report" xəbər verir ki, bu barədə o, özünün "Twitter" səhifəsində yazıb.

Prezident qeyd edib ki, kompleks hərbi təlimlər ölkənin strateji xidmətlərini qorumaq üçün keçirilir. "Biz Vətənin düşmənlərinə qəhrəman Venesuela xalqının dincliyini oğurlamağa imkan verməyəcəyik", - deyə Maduro "Twitter" səhifəsində yazıb.

Təlimlərin hədəfi milli elektrik sistemlərinin və Venesuelada bir neçə gün davam edən "blekaut" fonunda su təchizatının müdafiəsidir.

Daha əvvəl Venesuela Prezidenti Nikolas Maduro ABŞ-ın onun ölkəsinə "enerji müharibəsi" elan etdiyini bildirib.

635x100

Şərhlər

Türk 2019-03-16 21:59:08

Maduro,ABŞ-ın tulası olan Quaydonun cavabını vermək lazımdır. Venesuela xalqı Quaydonun vətən xaini olduğunu yaxşı bilir və sizi dəstəkləyir.

Son yazılar