Rumıniyada 1 metr uzunluğunda «şosse» tikiblər - Etiraz əlaməti olaraq...

Rumıniyanın Suçava bölgəsindən olan biznesmen Stefan Mandaçi ölkədə infrastrukturun zəif inkişafına etiraz əlaməti olaraq, uzunluğu 1 metr olan «şosse» tikib. Bu barədə cümə axşamı «Euronews» telekanalı xəbər verib.

«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, «şosse»nin açılışı Suçava şəhərində, yerli merin iştirakı ilə keçirilib.

Xəbərdə qeyd olunur ki, Rumıniyanın bütün yol şəbəkəsi təxminən 805 kilometr təşkil edir. Telekanal bildirir ki, ölkədə yeni yolların tikintisi yavaş ahənglə həyata keçirilir.

Avropa komissiyasının məlumatına görə, Rumıniya Avropa İttifaqında yol-nəqliyyat hadisələrinin sayına görə, «qara siyahı»ya başçılıq edir. Telekanal xəbər verir ki, 2017-ci ildə Rumıniya yollarında 1900 nəfərdən artıq insan həlak olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar