Minsk zibilxanasında 1 vedrə radioaktiv uran tapılıb - Belarus FHN

«AzPolitika.info»-nun BelarusKİV-nə istinadla verdiyi xəbərə görə, Minsk şəhərində yaşayış binasının həyətindəki zibil konteynerində plastikdən olan vedrə tapılıb. Vedrərin içərisində «Təhükəlidir. Radioaktiv maddə və ya ionlaşdırıcı şüalanma» yazısı ilə markalanmış şüşə və plastik qablar aşkarlanıb.

Bu barədə Belarus Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti xəbər verib.

Xilasedicilər hadisə yerini əhatəyə alıblar. İlkin ölçmələr göstərib ki, qabdan 1 mert məsafədə radiasiya fonu normadan 4 dəfə yüksəkdir.

FHN-nin əməkdaşları içərisində «toz» olan 5 qab aşkarlayıblar - 2 banka (hərəsi 1 kq) uranil-xlor, 1 banka (1 kq) uranil-nitrat, 1 banka (1 kq) uranil-sulfat, 1 banka (1 kq) uran-xlorid.

Qeyd olunur ki, qabların kənarlaşdırılmasından sonra yaşayış binasının həyətində radiasiya fonu normaya qayıdıb.

Yerli milis müəyyən eib ki, radioaktiv maddə sözügedən binada yaşamış 1939-cu il təvəllüdlü minskli qadına məxsus olab. O, ali məktəblərin birində kimya fakültəsində işləyib və 2016-cı ildə vəfat edib. Qadının nəvəsi mənzildə yır-yığış edərkən, qabları zibil meydançasına tullayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar