”Prezident İlham Əliyevə məni bağışladığı üçün təşəkkür edirəm” - Fikrət Fərəməzoğlu

“Azadlığa çıxdığım üçün çox sevinirəm”.ONA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılan jurnalist Fikrət Fərəməzoğlu bildirib.

F. Fərəməzoğlu deyib ki, cəzaçəkmə müəssisəsində keçirdiyi günlər ona çox şey öyrədib. Onun sözlərinə görə, müəssisədə saxlandığı müddətdə ona qarşı münasibət normal olub: “Müəssisədə şərait də yaxşı idi. Prezident İlham Əliyevə əfv sərəncamı imzaladığı və məni bağışladığı üçün təşəkkür edirəm. İnanıram ki, bundan sonra cinayət və cinayətkarlar azalacaq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar