“MƏN SİYASƏTDƏN ARALANMAMIŞAM…” – Əli İnsanov mübarizəni davam etdirəcəyini bəyan etdi

Prezident İlham Əliyev əfv sərəncamı ilə 14 ildən sonra azadlığa çıxan sabiq səhiyyə naziri Əli İnsanov media ilə ilk təmasındaca iqtidara meydan oxuyub.

“AzPolitika.info”nun məlumatına görə, sabiq nazir hakimiyyətin onu buraxmaq niyyətinin olmadığını, lakin demokratik Avropa və ABŞ-ın təzyiqləri nəticəsində buna məcbur olduğunu deyib. “Mən belə qənaətə gəlmişdim ki, ömrümün sonuna qədər həbsdə qalacam”.

Ə.İnsanov təzyiqlər nəticəsində “kiçik həbsxanadan böyük həbsxanaya” köçürüldüyünü deyib.

“İndi Prezident Aparatının mirzələri böyük humanistlikdən danışacaqlar”.

Sabiq nazir mətbuat konfransı keçirəcəyini və ətraflı açıqlamalar verəcəyini bildirib, fikrini yekunlaşdırıb. Bundan sonra jurnalistlərin bir neçə sualını cavablandırıb. Bu zaman bir daha Qərbə minnətdarlığını bildirib.

“Demokratik Qərb və mənim minnətdarlıqla yad etdiyim böyük Amerika Birləşmiş Ştatlarının rəhbərliyi və Konqresi, Avropa mənim həbsxanadan çıxmaq üçün ayağımdakı qandalları açdı. Mən çox istəyərdim ki, Azərbaycan xalqı da mənim qolumdakı qandalları açsın”, - bu fikirlərilə isə Ə.İnsanov bundan sonrakı planlarına eyham vurub. O, mübarizəni davam etdirəcəyini bəyan edib.

“Mən siyasətdən aralanmamışam” deyən İnsanov ölkədən heç yerə getməyəcəyini bəyan edib. “Mənim ailəm də hər zaman burda olub”.

14 il ərzində ailəsi, həyat yoldaşı və qızları ilə nə telefonla danışıb, nə də görüşdüyü barədə xəbərləri təsdiq edən sabiq nazir deyib: “Həbsxananın qaydaları var, mən burda biraz oğruların qanunlarına hörmət eləmişəm, burda elə şeylərə yol verilmir. Mən nə nəvələrimlə, nə də yoldaşımla görüşməmişəm. Ancaq bir neçə kişi xeylağı yanıma gəlib-gedib”.

Müxalifətə qoşulub-qoşulmayacağı barədə suala isə, Əşİnsanov özünəməxsus tərzdə cavab verib: “Hər şey Allahın əlindədir! Məlum deyil, mənmi qoşulacam, yoxsa onlar mənə qoşulacaqlar…”

V.Nəsibov

635x100

Şərhlər

Eliyar 2019-03-17 12:32:17

Siz gedennenen sonra oktay sireliyev sehiyyemizde analoqu olmayan donus yaratdi xestexanalarin yalniz stayankasini pulsuz eledi

vetendaş 2019-03-17 12:32:17

DEYƏSƏN XALQ YADINA DÜŞÜB. XALQI ƏLƏ SALDIĞIN VAXTLAR YADINDAN ÇIXIB DEYƏSƏN. ... İNDİKİ TALANÇILARDAN SƏNİN FƏRQİN O İDİ Kİ SƏN DAHA HARIN VƏ DAHA AZĞIN İDİN.

fikrət 2019-03-17 12:32:17

Biz səni əli insanov taniyiriq sənin vaxtdin kecib ğet damino oyna

Seymur 2019-03-17 12:32:17

Ali insanovun elinden sehiyyeni alan oqtay shireliyevi sustura bilecekmi

Vətənpərvər 2019-03-17 12:32:17

Çox qəribədir ki, bunlardan biri ümumxalq problemimizdən-Qarabağın işğaldan azad edilməsindən danışmır. Özlərini mələk hesab edənlər yalnız özü üçün, əmlakı üçün qisas ruhunu nümayiş etdirir. Buna deyəllər: Qocalıqda yorğalıq.

Vətəndaş 2019-03-17 12:32:17

Bir zamanlar o, ölkədə azad seçki, demokratiya, insan haqlarına riayət tələb edən müxalifətçiləri "Qərbin agentləri", "faşistlər" adlandırır, parlamentin tribunasından çıxış edərək onların güllələnməli olduğunu deyirdi. Bu gün Əli İnsanov özü Qərb demokratiyasından və insan hüquqlarından, haqsızlıqdan bəhs edir. Bu, paradoksal olduğu qədər də anlaşılandır. Çünki o vaxt nazir Əli İnsanov başqa bir mövqedəydi, iqtidar komandasının ən nüfuzlu beş adamından biriydi, müxalifləri komandasına və şəxsən özünə təhlükə sayırdı. Ancaq sonradan məlum oldu ki, onun üçün əsl təhlükə başqa yerdə gizlənirmiş - özünün hüdudsuz ambisiyalarında. Bəs hansı Əli İnsanov səmimidir: demokratları repressiya etdirmək istəyən nazir Əli İnsanov, yoxsa indi demokratiyadan danışan sabiq dustaq Əli İnsanov? İkisinin də səmimi olması qeyri-mümkündür. Ancaq ikisinin də qeyri-səmimi olması tamamilə mümkündür.

ZARAFAT ELƏMƏ 2019-03-17 12:32:17

Zarafat eləmə, qurbanın olum, Bu dünya zarafat meydanı deyil. Qarışqa yerişi rahat yerişdi, Bu meydan köhlən at meydanı deyil. Oynadıb çox şeyi umar, oynama, Etsə də ruhunu xumar, oynama. Sən bu qumarbazla qumar oynama, Zarafat gəlməsin sənə bu dünya. Çox yerdə qəbrini qazan olacaq, Başın qaynamaqdan qazan olacaq. Sanma yaşamağın asan olacaq, Zarafat gəlməsin sənə bu dünya. Yoxsulluq yoxsulun bağrına oxdu, Mədəsi toxların məzəsi toxdu. Fil var qarışqaca hörməti yoxdu, Zarafat gəlməsin sənə bu dünya. Çox yerdə məkrli oyun olacaq, Şir, pələng çevrilib qoyun olacaq. Hələ neçə dəfə toyun olacaq, Zarafat gəlməsin sənə bu dünya. Ömrünü qar yeyib, qış aparacaq, Xırmandan dənini quş aparacaq. Dünyadan əlini boş aparacaq, Zarafat gəlməsin sənə bu dünya. Qeybətin quyusu, hiylənin toru, Sənə diri-diri göstərər goru. Başın var, başsızdan başını qoru, Zarafat gəlməsin sənə bu dünya. Şeytan dura-dura şərlənər dəvə, Qatır quyruğunda hərlənər dəvə. Kinindən yıxılar, tirlənər dəvə, Zarafat gəlməsin sənə bu dünya. Muğamı ağlamaq, valı ağlamaq, Valın da qırılmış halı ağlamaq. Fışqırıq çalmağın dalı ağlamaq, Zarafat gəlməsin sənə bu dünya. Yasın yeddisi var, üçü, qırxı var, Qəbir yerinin də haqqı, nırxı var. Ölümdən sonra da min cür qorxu var, Zarafat gəlməsin sənə bu dünya. Ürəyə çəkilən dağdı, düyündü, Hər gün xırdalanan ömürdü, gündü. Gör bu dəyirmanda kimlər üyündü, Zarafat gəlməsin sənə bu dünya. Zəlimxan, günahın yeddi qat olar, Həyatın qan dolu bir həyat olar. Zarafat eləsən, şahın mat olar, Zarafat gəlməsin sənə bu dünya.

İNGİLİS 2019-03-17 12:32:17

Bilirəm hər qəlbin mən iç üzünü, Bir çoxu fitnəli, həm böhtanlıdır Yenə qan içməyə dikib gözünü O yer ki, krallı və soltanlıdır. Qərbin üfüqündə bir bulud gəzər, Əqrəbə, əfiyə, ilana bənzər. Uzaq Şərq elinə qılsanız nəzər, Könüllər zədəli və hicranlıdır. Anlamaz cahanda nə vicdan, nə hiss O, insan donunda qocaman iblis.

Səməd 2019-03-17 12:32:17

Hörmətli Əli müəllim! Azadlığınız bir daha məhdudlaşmasın. Sizin kimi türk kişiləri dərin hörmətə və ehtirama layiqdir.

yusif sahbuzlu 2019-03-17 12:32:17

ay qardaslar bu adam regioncudur- rusvetxordur- jurnalistlerin demokratik dusergenin dusmenidir

ziyali 2019-03-17 12:32:17

İndi nece gulumseyir.Vezifede olanda uzunden zehrimar yagdirirdi.Qizi yashda gurnaliste;redd ol burdan deyirdi.Yasli adamsan get omrunun sonunu yasha .Cenab Prezidente dua et.....

veten dashi 2019-03-17 12:32:17

Bu adam belə hesab edir ki ,həbsxana həyatı onu aqilləşdirdi,paklaşdırdı. Siz nazir olanda birbaşa kurasiyanızda olan Ağ ciyər xəstəlikləri instutunda olan rüşvətxorluğun həddi-hüdüdu yox idi. Sizlər və hazırda parlament kürsülərini zəbt edən onlarla sovetdən qalmalar bu xalqa lazım deyilsiz.Ölkə prezidentinin götürdüyü mütərəqqi istiqaməti bütün xalq dəstəkləyir.Bu millət kifayət qədər ağıllı millətdir.Kimsə bu milləti öz cirkin məqsədi ücün xaosa sürükləyə bilməz.Biz islahatlar istəyirik ..

Mirzə AĞ 2019-03-17 12:32:17

Yolun açıq olsun! Sən xalqa doğru get, xalq səni sevəcək...

abid 2019-03-17 12:32:17

Iradə, dözüm,mübarəzə və kişilik məktəbi ƏLİ İNSANOV.

Son yazılar