12 saylı cəzaçəkmə müəssisəsində Əfv sərəncamı icra olunub - FOTOLAR

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin martın 16-da imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamla 399 nəfər azad edilir. Ümumilikdə isə sərəncam 431 nəfərə şamil olunur.

Musavat.com xəbər verir ki, bu gün 12 saylı cəzaçəkmə müəssisəsində Əfv sərəncamı icra olunub. Penitensiar Xidmətin Təşkilat Nəzarət İdarəsinin rəisi Vüqar Abuşov bildirib ki, sərəncama əsasən müəssisədən 4 nəfər azadlığa buraxılıb. O, azadlığa çıxanların qarşıdan gələn Novruz bayramını təbrik edib, onlara uğurlar arzulayıb. Buraxılış arayışlarını Pentensiar Xidmətin əməkdaşları, hüquq müdafiəçisi Səadət Bənəniyarlı və Əfv Komissiyasının üzvü Umud Rəhimoğlu verib.

Sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxıldığı, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti və cəza çəkdikləri müddətdə davranışlarının nəzərə alınaraq, humanizm prinsiplərinə əsaslanıldığı qeyd edilib.

Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib.

Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub.

Eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar