Sabah Bakıda hava çiskinli olacaq

Martın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.Virtualaz.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, səhər və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu yarımadada gecə 4-6°, gündüz 7-10°, Bakıda gecə 4-6°, gündüz 7-9° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-7°, gündüz 9-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti təşkil edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar