Türkiyədən Rusiyaya Krım təpkisi

Rəsmi Ankara bir daha Krımın Rusiya tərəfindən işğalını dəstəkləmədiyini və Ukraynanın ərazi bütövlüyünə hörmət etdiyini xatırladıb

Türkiyə Xarici işlər nazirliyi Ukraynaya bağlı Krım Muxtar Respublikaısnın 5 il öncə təşkil olunan qondarma referendumla Rusiya tərəfindən ilhaq olunmasına təpki göstərib. Xarici işlər nazirliyi Rusiyanın beynəlxalq hüquqa zidd davranaraq Ukrayna torpaqlarını işğal etdiyini vurğulayıb.

Bundan başqa, “Türkiyənin bir hadisə nəticəsində ortaya çıxan faktiki durumu (yəni Krımın guya könüllü olaraq Krıma qoşulması-red.) tanımadığı” qeyd olunan açıqlamada Ukraynanın suverenlik və ərazi bütövlüyünə verilən dəstək bir daha ifadə olunub.

krım rusiya türkiyə ile ilgili görsel sonucu

Türkiyə dövləti Krımın yerli xalqı olan türklərin vəziyyətinin onlar üçün birinci dərəcəli olduğunu bir daha təkrarlayıb.

Rəsmi Ankara Krım tatarlarının tarixi vətənləri Krımda öz milli kimliklərini mühafizə etməsi, güvən və hüzur içində yaşamalarının təmin olunması üçün onlara hər zaman dəstək verəcəyini bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar