Dərbənd Bakının təcrübəsini öyrənmək niyyətindədir

"Dərbənd şəhərsalma və şəhər idarəsi üzrə Bakının təcrübəsini öyrənmək niyyətindədir".

"Report" xəbər verir ki, bu barədə Dərbənd şəhərinin meri Xizri Abakarov jurnalistlərə bildirib.

O vurğulayıb ki, nümayəndə heyəti tarixi binaların bərpası sahəsində təcrübəni öyrənmək məsələsini müzakirə etmək üçün Azərbaycan memarları ilə görüşmək niyyətindədir.

Dərbənd meri X.Abakarov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla keçiriləcək görüşdə nümayəndə heyətinin İçəri Şəhərin bərpası, küçələrdən zibillərin toplanması və s. məsələlərdə Bakının təcrübəsini müzakirə etmək və öyrənmək niyyətində olduğunu qeyd edib.

Öz növbəsində İnquşetiyanın paytaxtı olan Maqas şəhərinin meri Beslan Tseçoyev Bakıya heyran qaldığını vurğulayıb. O deyib ki, Maqas və Bakı tərəfdaşlıq əlaqələrinin yaradılması haqqında memorandum imzalamaq niyyətindədir: "Bu, bizim üçün çox vacib və nüfuzludur. Çünki Azərbaycan xalqı ilə bizi çox şeylər birləşdirir. Bu əlaqələr bu gün deyil, yüzlərlə il bundan qabaq qurulub".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar