«Azərsun»un gəlirləri azalıb – «Vergilərə müraciət etmişik»

Azərbaycanın ən byöük şirkətlərindən olan «Azərsun»un gəlirləri azalıb. Bu barədə şirkətin sahibi Abdolbarı Goozal bildirib. Şirkət rəhbərinin sözlərindən məlum olur ki, gəlirlərin azalması onun yerli bazarda qeyri-sağlam rəqabətlə üzləşməsi ilə bağlıdır. Söhbət şirkətin rəqiblərinin vergidən yayınması və keyfiyyətsiz mal satması ilə bağlıdır. Hər iki hal qarşı tərəfin məhsullarının daha ucuz olması ilə nəticələnir və «Azərsun»un satışlarını zəiflədir.

A.Goozal etiraf edir ki, bəzi şirkətlər vergi ödənişlərindən yayındığı üçün məhsulları daha ucuz qiymətə sata bilirlər. «Biz 100% rəsmi işləyirik. Amma ƏDV ödəməyən satışlar olur» deyib A.Goozal.

Vəziyyətdən çıxmaq üçün «Azərsun» bu məsələ ilə bağlı Vergioər Nazirliyinə müraciət edib: «Vergi Nazirliyi ilə danışmışıq, yüzlərlə sənəd götürüblər, İndiki nazir ciddi adamdır. Əvvəllər gömrükdə problemlər olsa da indi o məsələ həll olunub. İndi vergi də həll olunur».

«Azərsun»un rəhbərinin sözlərinə görə, digər problem «Azərsun»un satdığı malların xarici analoqlarının daha aşağı keyfiyyətdə olması və nəticədə daha ucuz satılmasıdır.

Qeyd edək ki, son vaxtlar marketlərdə xaricdən idxal olunan mallar yerli istehsalı sıxışdırır. Həmin malların qiyməti də yerli mallardan aşağıdır. Belə ki, «Azərsun» un «Final qarğıdalı» yağı 3,85 manata satıldığı halda, Türkiyə və Rusiya yağları 3,45 manat və 3,60 manata satılır. Eyni qiymət fərqi özünü kağız məhsulları və «Şoki Moki» şirniyatında da göstərir.

A.Goozal bəzi xarici malların doğrudan da yerli məhsullardan ucuz olduğunu etiraf edib, amma bildirib ki, bunun səbəbi həmin malların keyfiyyətsiz olmasıdır: «Nə Rusiyanın, nə də Türkiyənin qarğıdalı yağı var. Türkiyə hətta qarğıdalını idxal edir. Biz eyni firmalara danışdıq, hətta Qida Təhlükəsizliyi Agentliyinə də müraicət elədik.

Eyni firmaya dedik, ucuz yağı bizə də ver, cavab verdilər ki, onlara (yəni Türkiyə və Rusiyaya) satılan yağların 20%-i qarğıdalıdır, 80%-i günəbaxandır. Yəni onların satdığı yağ qarışıqdır. Rusiya firmasıdır əlimizdə də sənədi var. İstəsəniz tanış ola bilərsiniz». /fed.az

635x100

Şərhlər

EJDER 2019-03-18 12:52:58

SIZDE MEHSULLAR 100 FAIZ KITAYCKIDI...MEN 21 DI ,...KIM KIMDI ,BUNU HAMI BILIR...SARAKOZI CANI.NAQIL LAZIM DEYIL

t.ədalət 2019-03-18 12:52:58

Özəl şirkətlər işlərini oğurluq üzərində qurduqlarına görə,sonda iflasa uğrayırlar.Hökumət qida sənayesini dövlətin tabeçiliyinə keçirməsə, bu sahə özünü doğrultmayacaq.Çünki özəl şirkətlər "daha çox oğurlayım,daha çox aldadım" prinsipi ilə fəaliyyət göstərirlər..

Azərbaycanlı 2019-03-18 12:52:58

Azərsunun gəlirləri necə azala bilər ki, ölkədə monopoliya quqrub və mallar;na istədiyi qiyməti qoymağ]a yuxarıdan icazəsi var. İstədiyi zaman qiymətləri qaldırır.Buna misal çay ,şəkər,yağ ların dünyada analoqu olmayan qiymətləri.İnanmayan yoxlaya bilər.Müqayisə üçün Gürcüstan,Türkiyə,Rusiya hətta Ermənistanı götürmək kifayətdir.Abdoolla Gööözəl yalan deyirO yenidən qiymətləri artırmaq üçün bəhanə söyləyir.

Son yazılar