Un və çörəklə bağlı tətbiq olunan vergi güzəştlərinin müddəti artırılır
Baxiş sayı:
Dərc olunub:
18/03/2019 - 13:22
Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 1 il vergidən azad olunacaq.
"Report" xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir.
Başqa sözlə, vergidən azadetmə 2021-ci ilədək davam edəcək.
Dəyişiklik layihəsinə Milli Məclisin martın 29-da keçiriləcək plenar iclasında baxılacaq.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.