Bu il Azərbaycanda 176 minik avtomobili istehsal olunub

Azərbaycanda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3 dəfə artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda maşın və avadanlığın, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 34,5 mln. manatlıq məhsul istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3 dəfə, maşın və avadanlıqların istehsalı 80,8% artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 4,5% azalıb.

Dövr ərzində 288 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin iki ayı ilə müqayisədə 2,1 dəfə çoxdur.

Bu ilin yanvar-fevral aylarında ölkədə 176 ədəd minik avtomobili istehsal olunub, fəvvarə armaturunun istehsalı 48,5%, ştanqlı quyu nasoslarının istehsalı 32,4% artıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar