“Alov” Mühafizə Xidməti təkzib edir, amma... - "Məlumatlar anonimdir..."

Bir müddət əvvəl “AzPolitika.info”-ya məktubla müraciət edən Binəqədi rayon Zahid Qənbərov küçəsi 11 A, ev 52 ünvanında yaşayan Hüseynov Zaur Mehdi oğlu büdcədən ayrılan külli miqdarda vəsaitin “Alov” Mühafizə Xidmətinin rəhbərliyi tərəfindən mənimsənildiyini iddia etmişdi. Bununla bağlı konkret ittihamlar irəli sürmüş, 2017-ci ilə qədər “Riyad” Mühafizə Xidməti kimi fəaliyyət göstərən, sonradan isə adı dəyişdirilərək “Alov” Mühafizə Xidməti kimi qeydiyyata alınan şirkətin rəhbərliyinin külli miqdarda dövlət vəsaitini o qədər də mürəkkəb olmayan mexanizm vasitəsilə mənimsədiyini bildirmişdi.

Müraciətdəki ittihamlara aydınlıq gətirməsi üçün “Alov” Mühafizə Xidmətinə sorgu göndərsək də,  cavab verilməmişdi. Sadəcə  zəng edərək müraciətdə göstərilənlərin heç birinin həqiqətə uyğun olmadığı bildirilmişdi.

Müraciət saytımızda

Araşdırmalar zamanı “Alov Mühafizə Xidməti” baş idarə rəisi və həmtəsisçisi Qasımov Etibar Ağahüseyn oğlu Vergilər Nazirliyinə dəvət olunmuş, məsələ ilə bağlı izahat alınmışdır.

“Alov Mühafizə Xidməti” tam qanuni fəaliyyət göstərir və vergilərini vaxtı-vaxtında ödəyir, bu da Vergilər Nazirliyi tərəfindən yoxlamalar zamanı təsdiqini tapmışdır.

Məktubda göstərilən ad və həmin şəxsin ünvanı yanlışdır, belə bir ünvan yoxdur. Ünvanlayan şəxs kimi göstərilən Qazax sakini Hüseynov Zaur Mehdi oğlu “Alov Mühafizə Xidməti” ilə heç bir əlaqəsini olmadığını və belə bir məktub ünvanlamadığını notarial qaydada ərizə ilə “Alov Mühafizə Xidməti”nə və müvafiq dövlət qurumlarına göndərmişdir.

Bu məsələnin araşdırılması həmçinin “Alov Mühafizə Xidməti” Baş idarə rəisi Etibar Ağahüseyn oğlu Qasımov tərəfindən də həyata keçirilir. Hüseynov Zaur Mehdi oğlunun notarial qaydada yazdığı ərizənin bir nüsxəsini də sizə təqdim edirik".

Qeyd edək ki, “Alov Mühafizə Xidməti”ndən məktubu göndərən şəxsin anonim olduğu vurgulansa da, sorgumuza mahiyyət üzrə yenə cavab verilməyib. Belə ki, müraciətdə hər mühafizəçiyə 700-800 manat maaş yazıldığı, ancaq cəmi 200 manat ödənildiyi, rayonlarda isə ümumiyyətlə mühafizəçilərin olmadığı, məktəblərin mühafizəsi üçün nəzərdə tutulan puldan 400 manat məktəb direktorlarına ödənilərək qalan vəsaitin mənimsənildiyi deyilirdi. Buna görə də, biz aşağıdakı suallara aydınlıq gətirilməyini xahiş etmişdik:

1. “Alov” Mühafizə Xidməti neçə təhsil müəssisəsinin mühafizəsini həyata keçirir?

2. Təhsil Nazirliyi “Alov” Mühafizə Xidmətinə bu məqsədlə hər ay nə qədər vəsait ayırır?

3. “Alov” Mühafizə Xidmətinin neçə mühafizəçisi var və onlara nə qədər maaş ödənilir?

4. 10-MA-700” Mercedes Gelendwagen, “90-OC-200” Porshe Cayenne, “90-AA-275” Toyota Corolla, “90-AA-075” Toyota Camry, “90-AA-032” S Class Mercedes" markalı avtomobillər “Alov” Mühafizə Xidmətinin direktoru İlqar Rzayevə məxsusdurmu?

Təəssüf ki, bu suallara aydınlıq gətirilməyib.

"AzPolitika.info"

 

635x100

Şərhlər

Səlimov Namiq Yurik oglu 2021-05-05 03:04:09

Bakl

EJDER 2019-03-19 10:03:51

HANI O AZER HESRET,CAQIRIN ONU GELSIN...ARAWDIRSIN.HARA BAXIRSAN BERBADDI.BU ANALOQU OLMAYAN INKIWAFIN LAP....

Son yazılar