“PARTİYA YARATSIN, GÖRƏK HANSI GÜCƏ MALİKDİR…” – “Qərbi azərbaycanlıları ətrafına yığa bilməz”

Ölkə Prezidentinin 16 mart 2019-cu il tarixli əfv sərəncamı ilə azadlığa çıxan sabiq səhiyyə naziri Əli İnsanov iddialı bəyanatlar səsləndirib. O, Azərbaycandan çıxıb gedəcəyi barədə deyilənləri təkzib edib və siyasətlə məşğul olacağını vurğulayıb.

Əli İnsanovun uzun həbsxana məhkumluğundan sonra azadlığa çıxması onunla bağlı bir sıra iddiaları da gündəmə gətirib. Məsələn, eks-nazirin partiya yaradacağı, Qərbi azərbaycanlıların lideri olması ilə bağlı iddialar da bu sıradandır.

Əslən Qərbi Azərbaycandan olan deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Modern.az-a açıqlamasında bu məsələdən danışıb.

Deputat öncə ölkə Prezidentinin humanizmə, mərhəmətə, və lütfükarlığa söykənən növbəti addımını yüksək qiymətləndirib, əfv sərəncamının yüzlərlə ailəyə sevinc gətirdiyini vurğulayıb: “Bu əziz bayram ərəfəsində mən də çox şadam ki, məhkumlar öz ailələrinə qovuşdular, azadlığa çıxdılar. Ölkə başçısının bu addımını yüksək qiymətləndirirəm, əminəm ki, belə sərəncamların ardı gələcək”.

F.Ağamalı bildirib ki, azadlığa çıxan bir çox məhkum əfv olunmalarına görə ölkə başçısına təşəkkür edib və söz veriblər ki, bundan sonra layiqli vətəndaş olacaqlar. F.Ağamalı Əli İnsanovu təşəkkürü başqa səmtə yönləndirməsini belə şərh edib: “Özünün də cilovlaya bilmədiyi emosiya ilə fikir bildirən Əli İnsanov - baxmayaraq ki, ölkə prezidentinin lütfkarlığı, mərhəməti və imzası ilə azadlığa çıxıb – təşəkkürü Amerikaya, Avropaya istiqamətləndirdi.

Guya onların təzyiqi ilə Prezident belə bir addım atıb, onu əfv edib. Bu kökündən yanlışdır. Hətta dünyanın aparıcı dövlətlərinin liderləri də yaxşı bilirlər və qəbul edirlər ki, ölkə Prezidenti İlham Əliyevə təzyiq formasında hər hansı bir bir fikri çatdırmaq, onun təzyiqlə yerinə yetirməsini tələb etmək, fikrini dəyişmək mümkün deyil.

Prezidentimiz qətiyyətli, iradəli, öz müstəqil fikri olan və bu müstəqil fikrində kifayət qədər ədalətli mövqe nümayiş etdirən dövlət xadimidir, bunu bütün dünya bilir. Əli İnsanov da İlham Əliyevi yaxşı tanıyır və mən xatırlayıram ki, vaxtilə o, Prezidentlə görüşəndə tamamilə başqa görkəm alırdı, az qala onun qarşısında baş əyirdi.

Əli İnsanov öz əməllərinə görə həbsə düşdü, mən də arzulamazdım ki, o, həbsxanaya düşsün. Ancaq özü əməlləri ilə 2005-ci ildə “hakimiyyəti zorla keçirmək layihəsi” içərisində yer alıbsa, buna görə ona heç kim “sağ ol” deməli deyildi. Cəzasını aldı, indi çıxıb.

Azərbaycan müstəqil dövlətdir, demokratik ölkədir, burada hər bir vətəndaşın seçim hüququ var. Kimsə siyasi partiya yaratmaq istəyirsə, yarada bilər, kimsə hansısa siyasi partiyaya getmək istəyirsə, gedə bilər. Əli İnsanov da Azərbaycanın vətəndaşıdır, o seçimində müstəqildir, istədiyi peşə ilə məşğul ola bilər. Azərbaycanın Konstitusiyası da bunun üçün şərait yaradır. Hamı bilməlidir ki, Azərbaycanda hər şey qanunlarla idarə olunur, heç kim hədə-qorxu ilə, hirs-hikkə ilə Azərbaycan iqtidarına, Azərbaycan xalqına öz iradəsini tabe etdirə bilməz. Bu baxımdan da Əli İnsanov da istisnalıq təşkil etmir”.

Qərbi azərbaycanlıların Əli İnsanovu özlərinə lider seçməsi ilə bağlı iddialardan danışan Fəzail Ağamalı deyib ki, o, sadəcə olaraq keçmiş səhiyyə naziri kimi və Yeni Azərbaycan Partiyasının keçmiş funksioneri kimi kimi yaddaşlarda qalıb: “Bundan o tərəfə onun adının, soyadının qarşısına nəsə əlavə etməyə ehtiyac yoxdu. Əli İnsanov Qərbi azərbaycanıları ətrafına yığacaq bir potensialda deyil, ola da bilməz. Əgər o xəyallarla yaşayırsa, o xəyalların həyata keçirilməsi üçün heç bir əsas yoxdu. Ola bilsin ki, o, özünün yaxın qohumlarını, məhdud sayda tanışlarını toplayıb bir partiya yarada bilər. Yaratsın görək, bu partiya hansı gücə malikdir. Ancaq birmənalı şəkildə heç kimə mandat verilməyib ki, Qərbi azərbaycanlıların adından danışsın. Bu mandat yalnız ölkə başçısına aiddir. Qərbi azərbaycanlıların əksəriyyəti bu gün cənab Prezidentin yandındadır, onu hər zaman dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Buna heç kimin şübhəsi olmasın”.

635x100

Şərhlər

AYRİM 2019-03-18 16:03:21

Bu adama qulaq asmaq özu işgənçədir nəyinki şərh yazmaq. Neçə ki Habil Əliyev demişkən Elariz toya havayı gəlsə yenə də bahadır...

O.B.N 2019-03-18 16:03:21

O siyasətçi hörmətə layiqdir ki,o vəzifədə olan da yerlibzzlıq,tayfabazlıq kimi xalqa ziyan verən xəstəlikdən uzaq olsun.Bunlar da vəzifədə olanda digərləri kimi,ölkəni talan edirdilər. Müxalifətə,jurnalistlərə təhqir-təziq edirdilər.Göstərsinlər ki,vəzifədə olanda hansısa siyasi məhbusu müdafiə ediblər.Sadəcə o sahisiz sərvətdən məhrum olublar deyə öz köhnə komandasından qisas üçün Sadəlöv müxalifətə qoşulurlar ki,yenidən «nağıllar dünyasına» qayıtsınlar. Sovet dövrüdə də belə idi,ancaq o komandada Suslov varidi hami oğurlayırdi o isə şərəflə vəzifəsi icra edirdi.Ondan hakimiyyət qorxurdu,dünya isə hörmət edirdi.Burda o yoxdu

iqar 2019-03-18 16:03:21

Qulu bey cox duz analiz etmiziniz

Dukandar 2019-03-18 16:03:21

Hacı Şakir sabunlarının ən uğurlu reklamına görə dükanımız adından Ağamalına iki qəlib sabun ərməğan edirib. Gülə-gülə növbəti bəyanatlar üçün istifadə etsin.

Kamil 2019-03-18 16:03:21

Haran ağrıyır, Fazil?! “Ol pərivəş kim, məlahət mülkünün sultanıdır, Hökm onun hökmüdür, fərman onun fərmanıdır”. Vaxtın dəyişdi?! Vaxt var idi.... Qərb nədi, şərq nədi, qatıb-qarışdırma, ayıbdı.

Pisi 2019-03-18 16:03:21

INDIKI HAKIMIYYETDE QERBI AZERBAYCANLI QALMIYIB OLANDA FEZAIL KIMI TEK TUK BOS ADAMLARDI. ONLARI ULU ONDER REHMETE GEDENNEN SONRA YAVAS YAVAS EZDILER.INDI HAKIMIYYETDE BAKI SIRVAN KLANIDI..

Dr.AGAOGLU 2019-03-18 16:03:21

Bu Fəzailində köçünü köçə qatmağı olmaya dəəəə

Xalid 2019-03-18 16:03:21

Prezident seçkiləri öncəsi biriləri özünün "real, konkret iş" gördüyünü gözə soxmaq üçün Avropadakı söyüş makinasının yuvasına çöp uzatdı və nəticə etibarilə də üzünə-gözünə bulaşdırdı. İndi də süni ajiotaj yaratmaq məqsədilə "ermənistanlı"-"naxçıvanlı" kartını atıblar ortaya. Bəsdirin, ölkəni qumar masasına qoyduğunuz, soydaşlarımızın arasında təfriqə yaratdığınız.

A.V 2019-03-18 16:03:21

Əli İnsanov kimdir ruşvətxor bir məmur.Səhiyyəni bərbad hala salan keçmiş nazir.Oki qaldi Ermənistanlilara AZƏRBAYCANİN bu vəziyyətə duşməsinin yerliçiliyin-qohumbazliğin tuğyan etməsinin əsas səbəbkarlari onlardir.

Bashirov Qarib 2019-03-18 16:03:21

Adamın lap əti tökulur.Fəzail muəllim,bəlkə ,Mehmanın qardaşının necə təhdid etməsinə,iki gun vaxt verməsinə və hər şeyin də bu iki gundə baş verdiyini təhlil edəsən. Sizin kimilər imkan vermir ki, prezident real addımlar atsın,ictimai rəylə hesablaşsın.Siyasi rəqibə liberal yanaşmaq bir siyasətçini ucaldar.İctimai rəyə hörmət isə bir siyasətçini sevdirər.

abid 2019-03-18 16:03:21

Əli İnsanov 15 il öncə və indi də Qərbi Azərbaycanlılar özlərinə agsaqqal sayırdı və indi də sayırlar.Ə.İbsanov tutulandan sonra hakimiyyətdə "yeraz"lardan coxlu sayda yuksək vəzifə və təsir gücü olan coxlu olsa da onların təəssubunu çəkən olmadı və tədricən aradan çıxarıldılar və yerdə F.Agamalı,Aydın Məmmədov,Hafiz Hacıyev kimi dişsiz, boşbogaz, ancaq öz mənafelərini güdən hay-küyçülər qaldı.Yerazlar məhz Ə.İnsanovu özlərinin bir növ xilaskarı kimi coxdan gözləyirlər.O da gəldi.Tufan kimi gəldi.Baxarıq..

Yengibar 2019-03-18 16:03:21

Maraqlı səhnədir, Əli Insanov kimin də olsa Fəzail Ağamalıyevin dişi batan birisi deyil,heç YAP-da da eləsini görmürəm, bəlkə, Hafiz Hacıyevi dəvət edəsiniz, bu işə görə bir 10 dəst ayaqqabıdan keçmək olar, məncə...

EJDER 2019-03-18 16:03:21

BRAVO MOLODES....HA HA HA ...YAXWI NAQILDI.HA HA HA ...BUZ TERPENDI...HA HA HA

Fəzail-ə 2019-03-18 16:03:21

Fəzailin "Ana Vətən" partiyası bir onun özündən ibarət olduğu sirr deyil.Bəs belə adı gözəl,özü olmayan partiyanın hansı gücü var? Bu 20 ildə bir dəfə də olsun səsi çıxmayan partiya nə partiyadır?Girdirmə partiya adlanmaqla iqtidara yaltaqlanıb Milli Məclisdə fəaliyyəti olmayan Fəzail kimin mahnısını oxuduğu hamıya bəllidir.Bundan danışsa,bəlkə bir az maraqlı olar.

t.ədalət 2019-03-18 16:03:21

Mehman Hüseynovun azad edilməsində Qərbin dəstəyi inkar edilməzdir.ABŞ və Qərb indi xaricdəki pulları cilovlamaq hədəsi ilə istədiyinə nail olur.Hakimiyyət günahsız həbsləri təşkil edənləri cəzalandıra bilsə,onda haqqın təcəlləsinə inanmaq olar.

Mirzə AĞ 2019-03-18 16:03:21

Yaltaqlıq baş alıb gedir... Adam lap iyrənir!!!

Qulu 2019-03-18 16:03:21

Hakimiyyət Əli İnsanovu niyə buraxdı, özüdə indiki gərgin zamanda anlaya bilmirəm?!.Onu tanıdıgımdan bilirəm ki, bu adam hakimiyyətə çox böyük başagrısı ölacaq.Bununla müxalifətə bir anda 90-cı illərin müxalifəti səviyyəsinə qalxmasına ŞANŞ verildi.Əli İnsanov Ə.Kərimli, İ.Qənbər, A.Hacılı, İ.Məmmədov və s.kimi boş-boş gəvəzələyən, hakimiyyətə bir daş atıb qaçıb gizlənənlərdən deyil,bu adan konkret, qəti iş görəcək gücə,iradəyə,imkana və böyük resurslara malik biridir.1-cə dəfə tribunaya çıxsın GÖRƏCƏKSİZ..

Son yazılar