Rüşvətə görə həbs edilən prokuror azadlığa buraxılıb

Şəki Apellyasiya Məhkəməsində İsmayıllı rayonunun rüşvət almada təqsirləndirilən sabiq prokuroru Ülvi Abbasov və onun böyük köməkçisi Faiq Quliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Mirbahəddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, Ü.Abbasova şərti cəza verilib, o, məhkəmə zalından azadlığa buraxılıb. F.Quliyevin 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası isə 6 ilə endirilib.

Qeyd edək ki, İsmayıllı rayon prokurorunun böyük köməkçisi F.Quliyev 2018-ci ilin iyulun 14-də həbs olunub. O, xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar “İsmayıllı Tikinti-27” ASC-nin idarə heyətinin sədri Azad Əliyevdən sonuncuya məxsus qum-çınqıl karxanasının fəaliyyəti ilə bağlı aparılmış araşdırmanın nəticəsində barəsində cinayət işinin başlanmaması üçün, yəni edəcəyi qanunsuz hərəkətlərə görə külli miqdarda pul vəsaitini rüşvət kimi alıb. O, İsmayıllı rayon prokurorluğunun inzibati binasında rüşvəti A.Əliyevdən şəxsən alan zaman iş başında yaxalanıb. F.Quliyev barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb və barəsində həbs-qətmikan tədbiri seçilib.

Daha sonra rayonun prokuroru Ü.Abbasov da həbs olunub.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ü.Abbasov 9 il, F.Quliyev isə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.

635x100

Şərhlər

Surxay 2020-09-12 23:23:26

Abbasov cixdi bes komekcisi, nece oldu prokuror gunaxsiz ama komekci gunahkar

AMİN 2019-03-18 15:45:35

Yengibar bəyə-Hörmətli Yengibar bəy,bilmədiyiniz və tanımadığınız adam barədə fikir yürütmək düz deyil.Ülvü Abbasov ləyaqətli və ədalətli prokuror işçisi olub. Mərdimazar amilini heç vaxt unutmaq olmaz.

EJDER 2019-03-18 15:45:35

BU ANALOQU OLMAYAN HOKUMETIMIZIN KORRUPSIYA VE RUWVETXORLUQLA ANALOQU OLMAYAN MUBARIZESIDI...HA HA HA .WEREF ORDENINE LAYIQ ...ESGERLERI,LUKAWENKO CANI.

Müfəttiş 2019-03-18 15:45:35

Hami bilir ki, onun həbsi bir kampaniya idi, oldu keçdi. Qaldı onu yenidən prokurorluğa bərpa etmək, bunu da tezliklə eşidərik....

Yengibar 2019-03-18 15:45:35

Əgər bu prokuror cinayət etməyibsə onda ona 9 il hökm oxuyan hakim niyə həbs edilmir? Əgər edibsə, niyə azadlığa çıxır? Deməli Prezdentin əfv fərmanından istifadə edərək nə qədər rüşvətxor, Dövlət əmlakını talayan varsa hamısı azadlığa buraxılır. Ağır cinayətdə ittiham olunanların bu şəkildə azadlığa çıxması heç yaxşı hal deyil.

yengibara əlavə 2019-03-18 15:45:35

Maraqlı deyilmi? Fart olubsa niyə azadlığa buraxılır.Cəzasını əməlinə görə çəklməlidir.Yox,fakt olmaya-olmaya cəza verilibsə,o zaman məhkəmə hakimi cəzalanmalıdır.Qanuni dövlətdə belə olmalıdır.Ona görə təəcüb doğuran haldır.Hər iki hal cinayət xarakteri daşıyır.Bir ölkədə ki, cinayətkar cəzasız qalır,o ölkə batmış sayılır.

İmran 2019-03-18 15:45:35

Haqq edalet oz yerini tez gec tapir. Abbasov leyaqetli adamdir.Taniyanlar bilir. Tanimayanlar ise danisib gunaha batmaqdansa,sussalar yaxsidir.

Son yazılar