“Nar” nömrə ilə xaricdə Wi-Fi pulsuzdur

Dərc olunub: 18/03/2019 - 16:38

NAR log_rgb“Nar” Novruz bayramı ilə əlaqədar xaricə səyahət edəcək abunəçiləri üçün sərfəli rominq paketləri təqdim etməkdədir. Mobil operatorun istifadəçiləri “Nar” rominq ilə internet, “WhatsApp” vasitəsilə pulsuz yazışma və səsli zəng əldə edirlər.

Bütün abunəçilərini nəzərə olan “Nar” 4 müxtəlif rominq paketi təqdim edir. “Roaming 9” paketi 500 MB internet, “Roaming 15” paketi 500 MB internet və 50 dəqiqə səsli zəng, “Roaming 18” paketi 1 GB internet, “Roaming 28” paketi isə 1 GB internet və 100 dəqiqə səsli zəng xidməti təklif edir. “Roaming 18” və “Roaming 28” paketlərində “WhatsApp” vasitəsilə yazılı mesajlar pulsuzdur. “Roaming 9”, “Roaming 15” paketlərinin istifadə müddəti 5, “Roaming 18” və “Roaming 28” paketlərinin istifadə müddəti isə 15 gündür.

Qeyd edək ki, “Nar”-ın təqdim etdiyi rominq paketlərinin sərfəli olması, istifadəçilərin sayını artırmaqdadır. Son 1 il ərzində “Nar”-ın rominq istifadəçilərinin sayı 174% artıb.

Rominq paketləri haqqında daha ətraflı məlumatı nar.az saytından və ya 777 nömrəsinə “R” göndərməklə əldə etmək olar.










loading...


Fikrinizi bildirin