“Azercell”dən rəqəmsallığa doğru daha bir addım – Yeni “Kabinetim” xidməti ilə nömrənizə onlayn nəzarət edin

Dərc olunub: 18/03/2019 - 16:41

53717354_10156553787188303_565431173208080384_oHər zaman müştəri xidmətləri sahəsində innovativ ideya və həll yolları ilə seçilən Azercell şirkəti abunəçilərinin istifadəsinə daha müasir dizayna malik olan “Kabinetim” şəxsi kabinet xidmətini təqdim edir. “Kabinetim” nömrə ilə bağlı əksər əməliyyatların şəxsən abunəçi tərəfindən vaxta qənaət edərək ən qısa zamanda icra edilməsini təmin edən Virtual Köməkçidir.
Beləliklə, “Kabinetim” aşağıdakı əməliyyatların Azercell Müştəri Xidmətləri və ya Telefon Mərkəzinə müraciət etmədən onlayn icra edilməsi üçün imkan yaradır:
- nömrənin balansı və internet balansı haqqında tam məlumat əldə edilməsi
-mobil internet paketlərinin və rominq internet paketlərinin sifarışi, yenilənməsi və deaktiv edilməsi
– nömrədə mövcud tarif paketin dəyişdirilməsi
– nömrənin xəttinin idarə edilməsi
– nömrənin balansına son 6 ay ərzində edilən ödənişlərin izlənilməsi
Əlavə olaraq “Kabinetim” vasitəsilə abunəçi nömrənin balansını artıra bilər, sms göndərə bilər, Azercell-dən və 3-cü şirkətlərdən daxil olan sms yayımını dayandıra bilər, “Xidmətlərim” bölümünə daxil olmaqla isə Azercell-in Rominq, Kəscell, Zənglərin Yönləndirilməsi, Gizlətcell, Simurq xidmətləri üzərindən müxtəlif əməliyyatları icra edə bilər və sair.
Qeyd edək ki, rəqəmsal dünyanın ən son yeniklərini tədbiq etməyi hədəfləyən Azercell, yeni şəxsi kabineti adaptiv (“responsive”) dizaynda təqdim edir. Kabinet ekranın ölçüsünə görə həssas dizayna malikdir və istifadədə olan cihazın xüsusiyyətlərinə uyğun olaraq ekran və brauzer ölçüsünə avtomatik uyğunlaşır.
“Kabinetim”in daha bir yeni xüsusiyyəti, “Sürətli giriş”in, yəni birdəfəlik şifrə ilə kabinetə daxil olmanın mümkün olmasıdır.
“Kabinetim” tətbiqini Android və İOS istifadəçiləri aşağıdakı linkdə göstərilən təlimata əsasən öz smartfonlarına əlavə edib istənilən zaman digər mobil applikasiyalar kimi istifadə edə bilərlər: https://www.azercell.com/az/personal/services/selfservice/kabinetim/
İnanırıq ki, bir sıra əməliyyatların onlayn şəkildə icra edilməsi üçün imkan yaradan “Kabinetim” xidməti abunəçilərin gündəlik həyatlarını asanlaşdırmaqda faydalı olacaq.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz










loading...


Fikrinizi bildirin