ABŞ Rusiya və Çinlə mübarizə üçün 10 min raket alır 

«Task and Purpose» portalına məlum olub ki, Pentaqon Pusiya və ya Çinlə münaqişə ehtimalı ilə 10 mindən artıq idarə olunan raket almaq niyyətindədir.

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, 10 193 ədəd idarə olunan «yer-yer» reaktiv sistemli atəş raketlərinin alınmasına çəkiləcək xərc ölkənin 2020-ci il üçün hərbi büdcəsinə daxil ediləcək.

Qeyd olunur ki, raketlərə çəkilən xərc gələn il 26 faiz artacaq və təxminən 1,4 milyard dollar təşkil edəcək.

Bu tipli raketlər düşmənin səhra artilleriyasına və hava-hücumundan müdafiə sistemlərinə qarşı durmaq gücündədir.

Qəzetlər yazırlar ki, İraq və Suriyada «İslam dövləti» qruplaşması üzərində qələbədən sonra, Vaşinqton Rusiya və Çinə qarşı durmaq məsələləri ilə ciddi məşğul olmağa başlayıb.

Bundan əvvəl Pentaqonun nümayəndəsi Mişel Baldanza xəbər vermişdi ki, ABŞ yer bazalı qeyri-nüvə raketərinin sınaqlarını keçirəcək.

Xatırladaq ki, bu raketlər orta və qısa mənzilli raketlərin ləğvi (OQMRL) barədə müqavlə ilə qadağan olunmuşdu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar