“Müxalifət bu adamı qəbul etməlidir...” - Sərdar Cəlaloğlu Əli İnsanovu dəstəklədi

“Əli İnsanov bir şəxsiyyət kimi diqqətimi həddindən artıq cəlb edir. Baxmayaraq o, YAP-ın əsas qurucularından, partiyanın ən radikal müdafiəçilərindən biri idi, həbs olunandan sonra göstərdiyi prinsipiallıq, iqtidara qarşı apardığı mübarizə göstərdi ki, bu adam bəlkə də YAP-a təsadüfən düşüb”.

Bunu Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu “Yeni Sabah”a Əli İnsanovun azadlıqdan sonra verdiyi açıqlamaya münasibət bildirərkən deyib.

Partiya sədrinin sözlərinə görə, bəzən insanlar ya düşünülmüş, ya da düşdüyü situasiyadan asılı olaraq yanlış edir: “... Onun həmin dövrdə YAP-ın apardığı siyasətlə bağlı əxlaqi yox, əqli yanılmaları olub. Bəziləri 5 manat qazanmaqdan ötrü yalana düz, düzə yalan deyirsə, Əli İnsanov görünür, həbs olunana qədər keçdiyi yolu həqiqətən də doğru hesab edib. Lakin ən vacibi bu adam həbsxanada iradə nümayiş etdirdi. Həbsxana həyatı xüsusən günahsız adam üçün olduqca çətin olmaqla yanaşı, həm də təhqiramizdir. Səni dəfələrlə cinayət etmiş adamlarla bir sıraya qoyurlar, eyni münasibət göstərirlər. Mən də həbsxanada olmuş biri kimi bu hissləri gözəl bilirəm.

Həbsxanadan azad olmaq üçün çox adam əyri yola baş vurur. Amma biz gördük ki, İnsanov həbsxanada olduğu müddətdə bir dəfə də olsun əyilmədi, sınmadı, özünü hər hansı məsələdə günahkar hesab etmədi, azad olan dəqiqəyə qədər mövqeyindən dönmədi. Ona görə də çıxan kimi bu cür çıxış edəcəyi gözlənilən idi.

Bilirsiniz, o vaxt Əli İnsanovu siyasi mövqeyinə görə həbs etdilər. Bəziləri deyir ki, İnsanov da korrupsionerdir, səhiyyə sistemini məhv edib və.s. Amma indiki səhiyyəmizlə o vaxtkı səhiyyəni müqayisə etmək olmaz. Həmin dövrdə resursların az, imkanların məhdud olmasına baxmayaraq, o vaxtkı səhiyyənin durumu indikindən çox yaxşı idi. Təbii ki, rejimin bir elementi kimi Əli İnsanov da korrupsiya mexanizmindən kənarda dura bilməzdi”.

S.Cəlaloğlu qeyd edib ki, İnsanovun siyasi mübarizəsinə müxalifət də dəstək olmalıdır: “Düzdür, o da korrupsioner olub, vəzifəsinə görə çoxlu pul qazanıb. Lakin insanların günahlarının yuyulma məsələsi var. Bir insan günahına ekvivalent əməl edərsə, həmin əməl günahı yuyur və adam artıq süddən çıxmış qaşıq kimidir".

Partiya sədrinin fikrincə, İnsanovun uzun müddət sınmadan, münasibətini dəyişdirmədən həbsxanada qalmasını əsas götürərək, siyasi mübarizə aparacağına səmimi şəkildə inanmaq lazımdır: "O, artıq günahının cəzasını çəkib və bundan sonra YAP-ın apardığı siyasətdə iştirak etməyəcəksə, xalqa qarşı hər hansı yanlış addım atmayacaqsa, Əli İnsanovla bizim heç bir fərqimiz yoxdur. Əgər aktiv şəkildə siyasi mübarizə aparacaqsa, onunla əməkdaşlıq etməliyik.

Digər tərəfdən onun beynəlxalq imic baxımından müsbət tərəfləri var. Artıq Azərbaycanda xalq əvvəlki illərdən fərqli olaraq siyasiləşir. İnsanov da bu prosesin başlandığı dövrdə çıxıb və qatılacağı təqdirdə ciddi qatqıları da ola bilər. Əli İnsanov öz partiyasını yaradacaqsa, bu başqa məsələ, əməkdaşlıq etməyə borcluyuq. Hökumət istəmir ki, ondan ayrılan insanlar Azərbaycan müxalifətinə qoşulsun. Ziya Məmmədov, Eldar Mahmudov iqtidardan ayrıldı, amma fikir verirsiniz, müxalifətdən kənar durdular. Bu onu göstərir ki, onlar doğurdan da korrupsioner, xalqa yad ünsürlər idi.

Amma iqtidar İnsanovu cəzalandıranda o, faktiki siyasi mövqe ortalığa qoydu. Bu baxımdan müxalifət bu adamı qəbul etməlidir. O da bizim kimi tam günahsız insandır”.

635x100

Şərhlər

OQTAY 2019-03-19 00:07:00

Serdar bey,Size boyuk hormetim var,amma belenci manqurd adamlarla oynamaq vaxti deyil!Calis prezdent seckisinde soz verdiyini, "Azerbaycan-Turkiye ile birlesmesini"milli meclisde qaldir ve BOYUK TURANIN baslanqicina temel dasini qoy !!!!!!!!!!!!!

OQTAY 2019-03-19 00:07:00

Vaxtile rusvetxorun yekesi olub!Aram pulla qidalanaraq,hay-hayi gedib,vay-vayi qalib!Allah milletmize sebr versin,Erdoqanin yardimi ile,her sey yaxsi olacaq!!!ALLAH TURKU QORUSUN,ALLAH BIZIMLEDIR,INSALLAH TURAN devleti qurular ve qurlacaqdir,basqa yolumuz yoxdur!!!!!!!!!!!

miri 2019-03-19 00:07:00

Sərdar bəy Rəsul ilə Əli insanovu bir saymayın.Səhv edərsiniz: "gedərsiniz kabab iyinə , görərsiniz ......"

Kos-kosa 2019-03-19 00:07:00

Molla Sərdar, siz mollaların məntiqinə görə müsəlman yatıb-çıxıbsa onun günahları yuyulmuş sayılır? Deməli yatıb-çıxdığınıza görə sənin də, qardaşın molla Qurbanın da günahları yuyulub. Bay bə.. Ə.İnsanov tamamilə günahsızmış. Sizdən çox yatıb. Ey tutulub çıxan bütün korrupsionerlər, rüşvətxorlar, talançılar və bu qəbildən olan cinayətkar ünsürlər! Bilin və agah olun Molla Sərdara görə günahlarınız artıq yuyulub və onun partiyasına üzv qəbul olunursunuz. O ki, qaldı Eldarlara, Ziyalara, Fazillərə və s. a bədbəxtlər vaxtında gedin özünüzü tutdurun. Nə işiniz var azadlıqda, burda zaman-zaman kələm kimi soyulacaqsınız əlinizdə-ovucunuzda bir şey qalmayacaq, mayanız da batacaq. Ə.İnsanova nisbətdə günahlarınız çooooxdur, imtina edə bilməzlər. Qətiyyən narahat olmayın, növbəti Novruzda əf olunacaqsınız Günahlarınız da ki, hökmən yuyulmuş sayılacaq. Molla Sərdarın partiyasında sizlərə vakant yerlər saxlanılacaq.

Vətəndaş 2019-03-19 00:07:00

Tülkü həccə gedir

Veten dashi 2019-03-19 00:07:00

Mən bu addama nifrət edirəm.Cox sheylər insana genetika ilə gəlir.Bu insan boyük alim olsa da əlacsız insanların mərhumiyyətə dücar edərək sərvət tolayıb və onu özü də yeyib ,övladlarına da yedizdirib.Onun vətənpərvər ,insanərvər bir hərəkətin kim görüb.Paklaşmış insanın üzündə nur olar,ilahi bir nur.Bunun üzündə vəhşi qisasçılıqdan başqa bir shey yox....Qorbatoqo mogilo ispravit... Təssuf Sərdar bəy..

İşsiz 2019-03-19 00:07:00

Bu elə həmən pazd, paz. Səmti dəyişib bir az.

Oqtay 2019-03-19 00:07:00

Sərdar bəy sizin hər sözünüz və vergülünüzlə razıyam bütün günühları yuyulub səhvini dərk etmiş belə möhkəm iradəli adamı müxalifət qəbul etməlidir.Trollara isə fikir vermək lazım deyil qınamayaq Onların da cörəyi acı da olsa ondan çıxır.Yazıq, bədbəxt, mövqesiz adamcığazlardırlar

fikrət 2019-03-19 00:07:00

Sərdar bəy sizə hörmətimiz var amma əli insanov ğetsin domino oynasin yiqdiqlarin yeysin harami olsun

iqar 2019-03-19 00:07:00

fikret bey niye

vetendaş 2019-03-19 00:07:00

DEYƏSƏN XALQ YADINA DÜŞÜB. XALQI ƏLƏ SALDIĞIN VAXTLAR YADINDAN ÇIXIB DEYƏSƏN. O QƏDƏR ....Kİ İNSANLARA İNSAN GÖZÜ İLƏ BAXMIRDIN. ...

Son yazılar