“XALQDAN DƏSTƏK ALMASI MÜMKÜNSÜZDÜR” – “İnsanovun bu açıqlaması biabırçılıq idi”

“Həm beynəlxalq, həm yerli hüquq müdafiəçiləri həbs olunmalarında siyasi motivlərin olduğu iddi edilən bir qrup şəxsin əfv olunmasını Prezidentdən xahiş etmişdi. Mən də belə bir əfv qərarının verilməsinin həm humanizm, həm də ölkənin milli maraqları baxımından vacib olduğunu düşünərək Milli Məclisin plenar iclasında həmin çağırışlara qoşulmuşdum. Bu gün çox məmnunam ki, Prezident Novruz bayramı ərəfəsində böyük alicənablıq nümayiş etdirərək, həmin şəxslərin də böyük qismi daxil olmaqla, 400 nəfəri cəzadan azad edib”.

“AzPolitika.info”nun məlumatına görə, bunları Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Prezident İlham Əliyevin 2 gün əvvəl imzaladığı əfv sərəncamını dəyərləndirərkən deyib.

Partiya sədri bu əfv sərəncamı ilə sabiq səhiyyə naziri Əli İnsanovun da azadlığa buraxılmasına və onun azadlıqdakı ilk açıqlamalarına da münasibət bildirib. “Əvvəla onu qeyd edim ki,o yaşda insanın azad olunması təqdir olunmalıdır. Onun siyasətdə qalacağını deməsi çox normaldır. Amma həbsdə olarkən cinayətkar dünyanın qaydalarına hörmətdən danışması və buna görə həyat yoldaşı ilə 14 il görüşməməsini söyləməsi iddialı bir siyasətçi üçün sadəcə biabırçılıqdı. İkinci biabırçılıq isə azad olunması üçün Qərbə, beynəlxalq təşkilatlara dönə-dönə təşəkkür etdiyi halda həbsdə olduğu müddətdə ona mənəvi dayaq olmuş ailəsinin ünvanına, onu müdafiə etmiş insanlara, yerli hüquq müdafiəçilərinə bir cümlə ilə belə təşəkkür etməməsi idi. Qərb, bildiyimə görə onun azad olunması üçün heç bir ciddi tələb irəli sürməmişdi. O isə bunu bilə-bilə insanlara Qərbin onu dəstəklədiyini göstərmək və gələcəkdə onlardan kömək almaq üçün ikrah doğuran ucuz açıqlama verirdi”.

Q.Həsənquliyevin fikrincə, Əli İnsanovun siyasətdə ciddi uğur qazanmaq şansı yoxdur. “Nə qədər iddialı danışsa da, belə bir şəxsin xalqdan ciddi dəstək alacağı mümkünsüz görünür. Korrupsionerlərin korrupsiyaya qarşı, diktatorların demokratiya uğrunda şüarlarla hakimiyyət uğrunda savaşa atılmasını və bir qayda olaraq biabırçı iflasa uğramasını çox görmüşük”.

Vaqif Nəsibov

635x100

Şərhlər

Eliyar 2019-03-18 17:58:39

QUDRETI QINAMAYIN .... .SENI ONCE VASIF TALIBOVUN ELINNEN KIM ALACAQ GORESEN NAXCIVAN YOLUN BAGLANIB ..

Sabir 2019-03-18 17:58:39

Naxçıvanlıların ortaa olanlarının da əksəriyyəti köhnə ------

arif qebi azerbaycanli 2019-03-18 17:58:39

qudret niye naxcivanlilar insanovu qebul etmirler. sebebini aciqlayin xahis edirem

Mahir Əliyev 2019-03-18 17:58:39

İradəli kişidir.Məhbəsdə də kürəyini yerə vurmadı.Eşq olsun belə iradəli kişiyə.

fikrət 2019-03-18 17:58:39

Bizə nə əli insanov nə novruz nə siyavuş nə elmar nə hadi bulardan hec kim xalqa lazim deyil xalq özü hər şeyi həll edəcək

Əli 2019-03-18 17:58:39

Bu siyasətçilər niyə dünənini yaddan çıxarırlar....

fikrət-ə 2019-03-18 17:58:39

Bizə fikrət lazımdır. fikr-ət. Fikrləşib. ətdən yeyək.

Sahib 2019-03-18 17:58:39

Hansıdır biabırçılıq? Bu hakimiyyəti quranlardan birini və Akademiki həbsdə saxlamaq üçün deyək ki, cibinə narkotik atmaqmı, yoxsa onun dedikləri mi?Buna bu qədər pisliklər edəndən sonra minnətdarlıq etməsini mi gözləyirdiniz?Əvvəlcə insanları uçurumdan atırlar, orda əzab çəkir. can verən anda dartıb çıxarırlar ki, sənin həyatını xilas etdik bəs bizə minnətdar olmalısan?Bu qədər də olaz axı.

Seyid 2019-03-18 17:58:39

2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi Ə.İnsanovun ədalətsiz mühakiməsi barədə qərar çıxardıb. Avropa Şurası NK Azərbaycan hökümətini Avropa Məhkəməsinin qərarlarını yerinə yetirməyə çağırıb. Deyəsən bəzi siyasətbazların bu qərarlardan xəbəri yoxdur.

Azərbycanlı 2019-03-18 17:58:39

nİYƏ BUNLARA VİC-VİCƏ DÜŞÜB Kİ?ELƏ iNSANOV DA BUNLARDANDLR DA!

Vetendaw 2019-03-18 17:58:39

Eli Insanov deyesen yediyi ruwvetleri unudub ya da wexsi ambisiyalari ugruna xalqdan istifade etmek isteyir. Ozunu agili sayan qoca

Son yazılar