"Çelsi" Ukrayna klubundan UEFA-ya şikayət edib

İngiltərə təmsilçisi "Çelsi" Ukraynanın "Dinamo" (Kiyev) klubundan UEFA-ya şikayət edib.

"Report" "Evening Standard"a istinadla xəbər verir ki, buna səbəb Avropa Liqasının 1/8 final mərhələsinin Kiyevdəki cavab oyununda azarkeşlərin London təmsilçisinin oyunçusu Kallum Hadson-Odoiyə qarşı irqçi ifadələr işlətməsi və təhqir etməsidir.

Bildirilib ki, meydan sahiblərinin fanatları matçın ikinci hissəsində irqçi şüarlar səsləndiriblər. 19 yaşlı hücumçu hadisə ilə bağlı klub rəhbərliyinə müraciət edib. Görüşün UEFA nümayəndəsinə isə məlumat verilib. UEFA məsələ ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, qarşılaşma "Çelsi"nin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk görüşdə rəqibini 3:0 hesabı ilə üstələyən İngiltərə klubu 1/4 finalda Çexiya "Slaviya"sına rəqib olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar