Rövnəq Abdullayev Vahid Ələkbərovla görüşdü

Dərc olunub: 18/03/2019 - 19:51

277092_res_01Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərovla görüşüb.
Virtualaz.org SOCAR-ın saytına istinadən bildirir ki, görüşdə “LUKoil” ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında olan uzunmüddətli əlaqələrdən söhbət açılıb, Azərbaycanda həyata keçirilən layihələrdə “LUKoil”un iştirakı yüksək qiymətləndirilib.

Vahid Ələkbərov rəhbərlik etdiyi şirkətin SOCAR ilə əlaqələrinin strateji əhəmiyyət daşıdığını bildirib, Azərbaycan dövləti tərəfindən xarici sərmayədarlara investisiyaların yatırılması üçün münbit şəraitin yaradılmasını yüksək qiymətləndirib, bu baxımdan Azərbaycanda yeni sahələrə investisiya qoyulmasının müzakirə olunduğunu, müxtəlif istiqamətlərdə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

“Report” xatırladır ki, “LUKoil” şirkəti Azərbaycanın neft-qaz sektorunda 1994-cü ildən fəaliyyət göstərir. Şirkət “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrinin hər birində 10% paya malikdir. Bundan başqa, ölkədə pərakəndə yanacaq bazarında iştirak edir.










loading...


Fikrinizi bildirin