Xristian futbolçudan xristian terrorçulara cavab - Ölən müsəlmanlar belə dəstək verdi +VİDEO

Yeni Zellandiya millisinin üzvü Kosta Barbaruses örnək addım ilə yadda qalıb.

Musavat.com "qol.az"a istinadən xəbər verir ki, Avstraliyanın "Melburn Viktori" klubunda çıxış edən yunan əsilli futbolçu "Brisbane" ilə oyunda vurduğu qoldan sonra səcdə edərək Yeni Zellandiyada məsciddə baş vermiş terror aktı zamanı həlak olan müsəlmanların xatirəsinə hörmətini nümayiş etdirib.

Xristian futbolçu "İnstagram" səhifəsindəki paylaşımında "Bütün dualarım terror aktında həyatını itirənlər və onların sevdikləri ilə birlikdədir. Bu tariximizdə ən üzücü gündür" yazıb.

Görüşdən əvvəl terror aktı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, ötən həftə Yeni Zellandiyada iki məscidə silahla hücum edən terrorçu 50 nəfəri öldürüb, 46 nəfəri yaralayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar