Saakaşvilinin lideri olduğu partiyaya yeni sədr seçiləcək

Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin təsisçisi və lideri olduğu Vahid Milli Hərəkat Partiyasının (VMHP) martın 24-də qurultayı keçiriləcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə qərar partiyanın Siyasi Şurasının iclasında qəbul olunub.

Qurultayda VMHP-nin yeni sədri seçiləcək. Siyasi Şura qurultayda Qriqol Vaşadzenin sədrliyə namizədliyinin irəli sürülməsi barədə məsələni razılaşdırıb.

Partiya liderlərinin bildirdiyinə görə, Q.Vaşadze komandada yekdilliklə dəstəklənir.

Qeyd edək ki, bu gün M.Saakaşvili VMHP-yə yeni sədrin seçilməsini təklif edərək bu posta Q.Vaşadzeni layiq gördüyünü bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar