Konqoda qatar qəzaya uğrayıb - 24 nəfər ölüb

Konqonun Kasai vilayətində yük qatarının relslərdən çıxması nəticəsində 24 nəfər ölüb, 31 nəfər yaralanıb.

ONA xəbər verir ki, bu barədə AFP yerli polisə istinadən məlumat yayıb. Bildirilir ki, sərnişinlərin əksəriyyəti qatara qanunsuz daxil olub. Qurbanlar arasında uşaqlar çoxluq təşkil edir. Qəza nəticəsində bir neçə vaqon aşıb, bir neçəsi isə körpüdən çaya düşüb. Qurbanların sayının artacağı gözlənilir.

Qəzanın səbəbləri hələlik bilinmir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar