Ermənistanda oğul 88 yaşlı anasını balta ilə qətlə yetirib

Ermənistanda 88 yaşlı anasını qətlə yetirən oğula qarşı ittihamlar irəli sürülüb.

"Report" Ermənistan mətbuatına istinadla xəbər verir ki, hadisə Tavuş vilayətində qeydə alınıb. Vilayətin 62 yaşlı sakini evdə spirtli içkinin olmaması səbəbindən anası ilə mübahisə edib. O, mübahisə zamanı balta ilə anasına zərbələr endirib. Ağır xəsarətlər alan qadın tibb mərkəzinə yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib.

Hadisəni törədən şəxs saxlanılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar