Aİ bir daha Krımı Rusiya ərazisi kimi tanımadı - Referendumdan 5 il sonra

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Krımın Rusiyaya birləşdirilməsinin 5-ci ildönümü ilə bağlı Avropa İttifaqı (Aİ) yarımadanın ərazi mənsubiyyəti barədə keçirilmiş referendumun tanınmaması barədə öz mövqeyini bir daha təsdiqləyib.

Avropa diplomatiyasının başçısı Federika Moqerini bu barədə bir bəyanat dərc etdirib. Bəyanatda o, Brüsselin adından Ukraynanın suverenliyini pozduğuna görə, Rusiyaya yeni sanksiyalar vəd edib.

Bundan başqa, Moqerini Birləşmiş Millətlər Təşkilatının (BMT) bütün uzv ölkələrini Rusiyaya qarşı sanksiyalara qoşulmağa və Baş Məclisin 68/262 saylı qətnaməsinə uyğun olaraq, Krımı Rusiya ərazisi kimi tanımaqdan imtinaya etməyə çağırıb.

«Aİ əvvəlki kimi, özünün tanımamaq siyasətinin tam reallaşdırılmasına - məhdudlaşdırıcı tədbirlər də daxil olmaqla - sadiqdir. Aİ bir daha BMT-yə üzv ölkələri də uyğun tədbirlər görmək məsələsinə baxmağa çağırır» - deyə, bəyanatda bildirilir.

Moqerini Krım hadisələrini və bu yaxınlarda Ukrayna gəmilərinin Kerç boğazında saxlanması ilə bağlı insidenti benəlxalq təhlükəsizliyə birbaşa meydan oxumaq adlandırıb. O, həm də Moskvanı bir daha Ukrayna dənizçilərini azad etməyə çağırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar