Azərbaycanda qızıl və gümüş bahalaşıb

Dərc olunub: 18/03/2019 - 23:26

qizil gumusAzərbaycanda qızıl və gümüş bahalaşıb.

Trend-in məlumatına görə, martın 18-də qızılın qiyməti martın 15-i ilə müqayisədə 3,009 manat artaraq 1 unsiya üçün 2209,813 manat təşkil edib.

Gümüş 0,0371 manat bahalaşaraq 1 unsiya üçün 25,999 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 1,394 manat azalaraq 1408,654 manat, palladiumun qiyməti isə 10,4125 manat artaraq 2631,8975 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.








loading...


Fikrinizi bildirin