Yaponiya Vladivostoku vura biləcək raket yaradır - Sülh müqaviləsi alınmadı

«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Yaponiyanın 2020-ci il üçün müdafiə büdcəsinə uçuş məsafəsi 400 kilometr olan qanadlı raketlərin işlənib-hazırlanmasına yönəlik vəsaitin daxil edilməsi nəzərdə tutulub. Belə raketlər Rusiyanın Saxalin və Vladivostok bölgələrini vurmaq qabiliyyətində olacaq.

«Yomiuri» qəzeti xəbər verir ki, raket 2017-ci ildə işlənmiş «hava-yer» tipli ASM3 raketlərinin bazasında yaradılacaq. Müdafiə nazirliyi raketin sürət xarakteristikasını və uçuş məsafəsini iki dəfə artırmağa ümid edir.

Beləliklə, ölkənin hərbi-hava qüvvələrinin (HHQ) qırıcıları rəqibin RƏM sisteminin əhatə dairəsindən kənarda yerləşən və Yaponiya ərazisinə təhlükə təşkil edən obyektlərinə, o cümlədən, düşmən gəmilərinə, hücum imkanı əldə edəcək.

Hava bazalı yeni raketlər sürəti 100 kilometrlik radiusda 3 Max ədədinə barəbər həddə qədər artıra biləcək. Bu, ölkənin ilk uyğun planıdır.

Görünür, Rusiya ilə Kuril adaları və sülh müqaviləsi məsələlərinin yoluna qoyulmasına ümidlərini itirən Yaponiya, hərbi-texniki gücünü artırmaq qərarına gəlib.

635x100

Şərhlər

OQTAY 2019-03-19 00:10:47

Uqurlar!Coxdan lazim idi!

Son yazılar