"Real"ın Hazard üçün təklifi rədd edildi

"Çelsi" futbolçusu Eden Hazard üçün "Real"ın göndərdiyi təklifi rədd edib.

Qol.az-n Britaniya mətbuatına istinadla yaydığı xəbərə görə, London klubu Madrid təmsilçisinin 82 milyon avroluq təklifini müsbət cavablandırmayıb. "Çelsi"nin 28 yaşlı yarımmüdafiəçini 115 milyon avrodan aşağı qiymətə çatmağı planlaşdırmadığı iddia olunub.

Qeyd edək ki, Hazardın İngiltərə klubu ilə müqaviləsinin müddəti 2020-ci ilin yayında başa çatır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar