Gürcüstan Prezidenti azərbaycanlıların yaşadığı bölgəyə ikigünlük səfər edəcək

Bu gün Gürcüstan Prezidenti Salome Zurabişvili azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli (Borçalı) bölgəsinə səfər edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin Administrasiyası məlumat yayıb.

Səfər çərçivəsində dövlət başçısı yerli sakinlərlə görüşəcək və istehsal müəssisələrinə baş çəkəcək.

S.Zurabişvilinin Kvemo Kartli bölgəsinə səfərinin məqsədi yerli inkişaf prosesləri ilə tanış olmaq və seçkiöncəsi vədlərinə uyğun olaraq Gürcüstanın bölgələrinin inkişafına dəstək verməkdir.

Prezident həmçinin Marneuli rayonunun Tamarisi kəndində müəllim və məktəblilərlə görüşəcək, müasir avadanlıqla təchiz olunmuş istixana, Bolnisi rayonunda Diyarşünaslıq Muzeyi, Katarinenfeld alman məhəlləsi və eko-miqrant qadınların pendir istehsalı müəssisəsinə baş çəkəcək.

S.Zurabişvili bölgəyə səfərini martın 20-də Qardabani rayonunda başa vuracaq və azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar