«Kaliforniyanı qaytarın, Krımı Ukraynaya verək» - Sevastopollu institut direktoru

Sevastopol dövlət ictimai elmlər və beynəlxalq münasibətlər İnstitutunun direktoru, siyasi elmlər namizədi İvan Çixaryov Krım hadisələrinin 5-ci ildönümü münasibətilə NATO-nun yaydığı bəyanatı şərh edərkən, Kaliforniyadakı keçmiş Rusiya koloniyasını xatırladıb.

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Krım hadisələrinin 5-ci ildönümü ilə bağlı NATO yaydığı bəyanatda Rusiyanın Qara dəniz bölgəsində hərbi iştirakının artmasından narahatlıq keçirdiyini bildirib və Krımı Ukraynaya qaytarmağı təklif edib.

«NATO kiminsə hərbi iştirakından təəccüblənəsi sonuncu təşkilatdır olmalıdır. Belə ki, məhz NATO soyuq müharibədən sonra beynəlxalq ictimaiyyətin razılığı olmadan, dünyanın bütün bölgələrində hərbi iştirakını genişləndirir. Buna misal olaraq, ABŞ gəmilərinin Montryö konvensiyasını pozmasını önə çəkmək olar. Buna cavab olaraq Rusiyanın güclənməsi, bölgədə güc balansını təmin etmək nöqteyi-nəzərindən, tam qanunauyğundur. Krımın Ukraynaya verilməsi barədəki təklifə cavab olaraq, mən də Kaliforniyadakı Fort-Ross koloniyasını qaytarmağı təklif edirəm» - Çixaryov bildirib.

Fort-Ross 1812-ci ildə Rusiya-ABŞ şirkəti tərəfindən Sakit okean sahilində, San-Fransiskonun 80 kilometrliyində ticarət və balıqçılıq məqsədləri ilə yaradılıb. 1841-ci ildə şirkət öz əmlakını nəhəng torpaq mülkiyyətçisi Con Satterə satıb.

635x100

Şərhlər

MRP 2019-03-19 16:35:15

Çox axmaq və savadsız bir müqayisə.

t.ədalət 2019-03-19 16:35:15

Çikaryov,deyəsən ipini itirib.Məgər,bu əbləh bilmir ki,Rusiya başdan-başa işğal etdiyi respublikaların "federasiyasından" ibarətdir?"Hav eləməklə" ABŞı qorxutmaq çətindir.Dünyanın pulu kimdədirsə,"sifarişi də o verir".

Son yazılar