"Yataqxanalarda yanğınların qəsdən törədilib-törədilmədiyini araşdırılır" - Əli Əhmədov

"Bakının Nərimanov rayonunda məcburi köçkünlərin yaşadığı yataqxanada baş vermiş yanğından sonra, məcburi köçkünlərə onların istədiyi formada dəstək göstərildi. Onlara müvəqqəti yaşamaq üçün kompensasiya verildi. Binanın təmiri ilə əlaqədar işlər görülür. Eyni zamanda binada baş verən yanğının səbəbləri ciddi şəkildə araşdırılır".

"Report" xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.

"Son bir neçə ayda bir neçə belə yanğının baş verməsi bizi iki mənada narahat edir. Birincisi, bu yanğının nəticəsindən insanlar əziyyət çəkirlər. Axırıncı yanğında iki nəfər həlak oldu. Əlbəttə, bu bizi narahat edir. Bizim bir narahatçılığımız budur. İkincisi isə 4 dəfə yanğının baş verməsi bizi eyni zamanda başqa mənada düşünməyə vadar edir. Araşdırmaq lazımdır ki, burada hər hansı bir yanğın törətmə əməli olub, yoxsa yox. Qısa bir zamanda bir neçə yanğının olması bizdə belə fikirlərin yaranmasına səbəb olur. Ona görə də hüquq-mühafizə orqanları bunun üzərində ciddi işləyirlər ki, hər hansı bir kənar müdaxilə və ya kiminsə tərəfindən bu işin törədilməsi halları olmasın", - Ə.Əhmədov bildirib.

635x100

Şərhlər

Maqsud 2019-03-19 16:47:28

Cənablar, bu məmurun biznesindən, haram yollarla qazandığı pullardan, yuksək vəzifələrə yerləşdirdiyi qohum-qardaşlarından danışmağın vaxtı çatıb. Özü başlasa, yaxşı olar.

Son yazılar