İcra başçısı aztəminatlı ailələrə bayram sovqatı paylayıb - FOTO

Martın 18-də, Novruz bayramı ərəfəsində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov ənənəvi olaraq rayonun aztəminatlı ailələri ilə görüşüb.

İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə rayon ictimaiyyəti iştirak edib.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov görüşdə iştirak edən sakinləri Novruz bayramı münasibəti ilə təbrik edərək, bol ruzi və ailələrinə əmin-amanlıq arzulayıb.

Görüşün sonunda Qaradağ rayonu ərazisində yaşayan məcburi köçkün və şəhid ailələrinə, Qarabağ, 20 Yanvar, Çernobıl əlillərinə və aztəminatlı 3800 ailəyə ərzaq yardımı verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar