“Nazarbayev Qazaxıstana nəzarəti əlində saxlayacaq” - EKSPERT

Prezident olmasa da, Nursultan Nazarbayev Qazaxıstandakı proseslərə nəzarət "rıçaqlar"ını əlində saxlayacaq.

Bu barədə "Report"a qazaxıstanlı ekspert Sultanbek Sultanqaliyev Qazaxıstan Prezidentinin istefa verməsini şərh edərkən bildirib.

"Qazaxıstanda hakimiyyət tranzitinin mahiyyətini çoxları başa düşmür. Söhbət dövlət başçısının siyasi arenanı tərk etməsindən getmir. Hətta Prezident postundan getsə də, Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının rəhbəri, parlamentin hər iki palatasında, hökumət orqanlarının regional nümayəndəliklərində çoxluğa malik iqtidardakı "Nur Otan" partiyasının lideri, Qazaxıstan Xalq Asasambleyasının sədri kimi ölkədəki mövcud siyasi və iqtisadi proseslərə nəzarətin ən effektiv "rıçaqlar"ını əlində saxlayacaq", - S.Sultanqaliyev deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar