Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavinlərinin sayı 4-ə çatdırılıb

Dərc olunub: 19/03/2019 - 18:42

777Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavinlərinin sayı 4-ə çatdırılıb.

“Report” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” fərman imzalayıb.

Fərmanda qeyd olunub ki, Dövlət Komitəsi sədrinin birinci müavini və üç müavini var. Dövlət Komitəsi sədrinin müavinlərini Prezident vəzifəyə təyin və vəzifədən azad edir. Dövlət Komitəsi sədrinin müavinləri sədrin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
Xatırladaq ki, indiyədək Dövlət Komitəsi sədrinin 2 müavini olub.








loading...


Fikrinizi bildirin