Bakıda daha bir yataqxanada yanğın: 5 nəfərə tibbi yardım göstərildi

Dərc olunub: 19/03/2019 - 19:58

277225_res_01Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə bölmələri tərəfindən söndürülüb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasından virtualaz.org-a bildiriblər ki, hadisə yerinə 5 təcili yardım briqadası cəlb edilib. Briqada 5 nəfərə tibbi yardım göstərib. 49, 58 və 68 yaşlı 3 nəfər tüstüdən zəhərlənib. 65 və 73 yaşlı iki sakin isə təşviş keçirdiyindən səhhəti pisləşib. Hazırda 1 təcili yardım briqadası hadisə yerindədir. Təşvişə düşmüş sakinlərə yardım edilir.

Xatırladaq ki, bu, son vaxtlat Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda baş verən ilk hadisə deyil.








loading...


Fikrinizi bildirin