«Türkiyə İstanbulu Konstantinopola çevirməyə imkan verməyəcək» - Ərdoğan

«AzPolitika.info» Türkiyə KİV-nə istinadla xəbər verir ki, qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiyada məscidlərə hücumu şərh edərkən bildirib ki, Türkiyə hakimiyyəti «İstanbulu Konstantinopola çevirməyə» imkan verməyəcək.

«Müsəlmanların və Türkiyənin düşmənləri sübut etdilər ki, bizə nifrəti davam etdirirlər. Biz, cavab verməyə hazırıq... Biz, İstanbulu Konstantinopola çevrirməyə imkan verməyəcəyik» - deyə, prezident qeyd edib («Anadolu»). Onun sözlərinə görə, Kraystçerçedəki terror aktı «Türkiyədəki muəyyən dairələrə bir ismarış oldu».

Ərdoğan həm də qeyd edib ki, «türk xalqı həmişə bu ərazilərin sakinləri olacaq».

Müşahidə və təhlillər göstərir ki, Yeni Zelandiyadakı hücum növbəti «xaç yürüşü»nün («səlib yürüşü») başlanğıcıdır. Məscidə yaxınlaşarkən, terrorçunun serb qaniçən Karacicin şərəfəinə mahnı oxuması bunun əyani göstəricilərindən biridir. Belə ki, tarixdə baş vermiş səlib yüşlərinin özəyini məhz serblər təşkil edib. Karacic isə yaxın keçmişdə Kosova albanlarının kütləvi qətlinin əsas təşkilatçısı olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar