Kasım-Jomart Tokayev Qazaxıstanın prezidenti oldu - And içdi

Dərc olunub: 20/03/2019 - 10:47

0a1671b4a3e2ef410110cf92680c5734Bu gün Qazaxıstanın paytaxtı Astanada ölkə parlamentinin binasında keçirilən andiçmə mərasimində Qazaxıstan parlamentinin sədri Kasım-Jomart Tokayev Qazaxıstan prezidenti kürsüsünə oturub. Musavat.com Qazaxıstan mediasına istinadən xəbər verir ki, o, bu vəzifəni prezident müddətinin sonuna qədər tutacaq.

Qeyd edək ki, dünən Qazaxıstan prezidenti Nursultan Nazarbayev 30 ildən bəri icra etdiyi prezident vəzifəsini tərk etdiyini bildirib.

Tokayev Qazaxıstan xalqına sədaqətlə qulluq edəcəyini, respublokanın konstitusiyasına və qanunlarına ciddi riayət edəcəyini bəyan edib.

Mərkəzi Seçki Komissiyasının sədri Berik İmaşev Tokayevə ölkə prezidenti vəsiqəsini, döş nişanını və prezident ştandartını təqdim edib.

Kasım-Jomart Kamaloviç Tokayev 1953-cü ilin may ayında Qazaxıstanın köhnə paytaxtı Alma-Atada (indiki Almatı) doğulub. Peşəkar diplomatdır. Fövqəladə və səlahiyyətli səfir vəzifəsində çalışıb. 1994-99-cu illərdə Qazaxıstanın XİN başçısı olub. 2011-2013-cü illərdə ölkəsinin baş naziri vəzifəsində çalışıb. 2013-cü ildə Qazaxıstan parlamentinin sədriydi.

Tokayev siyasi elmlər doktorudur. Poliqlotdur.










loading...


Fikrinizi bildirin