“HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT ET…” – YAP-ın Əli İnsanova bu çağırışı hansı məqsədə xidmət edir?

“Açığını deyim, azadlıqdan məhrum edilmiş keçmiş səhiyyə naziri Əli İnsanovun Prezidentin əfv sərəncamına salınması mənim üçün tamamilə gözlənilməz oldu. Sonrakı müşahidələrim göstərir ki, onun azadlığa çıxmasına belə reaksiya tək mənə mənsub deyil. Çoxları bu cür düşünür”.

“AzPolitika.info”nun məlumatına görə, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovun “Azərbaycan” qəzetində dərc olunmuş “Prezidentin humanistliyi və Əli İnsanova verilən şans” başlıqlı məqaləsi bu fikirlərlə başlayır.

Ə.Əhmədov fikirlərinin davamında bildirib ki, Əli İnsanovla bağlı gözləntisi qeyri-humanistliklə bağlı olmayıb. “Hər bir azərbaycanlı hörmətli Prezident İlham Əliyevin humanizmini yüksək qiymətləndirir, o cümlədən onun müxtəlif dövrlərə təsadüf edən çoxsaylı əfv aksiyalarına böyük dəyər verir. Dövlət başçısının humanist dəyərlərə sahib olması həqiqətən əvəzolunmaz nemətdir və insanlar onun böyük faydasını görürlər. Xalqımızın əziz bayramı Novruz ərəfəsində yüzlərlə ailənin sevincinə səbəb olması məhz elə Prezidentin böyük humanizminin nəticəsidir.

Elə adam tapmaq mümkün deyildir ki, böyük əfv sərəncamına görə Prezidentə minnətdarlığını ifadə etməsin. Çünki törətdiyi əməllərə görə qanuni əsaslarda azadlıqdan məhrum edilmiş insanları əvf etmək müstəsna olaraq Prezidentin səlahiyyətindədir. Elə buna görə də kimliyindən, siyasi düşüncəsindən və s. baxışlarından asılı olmayaraq azadlığa çıxanların hamısı Prezidentin humanist addımını lazımınca qiymətləndirdi. Daha doğrusu, malik olduğu insani keyfiyyətləri nümayiş etdirdi.

Lakin bir nəfər istisnadır. Keçmiş səhiyyə naziri Əli İnsanov azadlığa çıxan kimi ona azadlığı bəxş etmiş Azərbaycan Prezidentinə təşəkkür etmək əvəzinə fərqli ünvanlara üz tutmağa üstünlük verdi. Beləliklə də, adi mənəvi insani dəyər anlayışına formal da olsa əməl etməyə lüzum görmədi”.

YAP-ın icra katibinin fikrincə, Əli İnsanov Prezidentin böyük humanizmi qarşısında sadəcə minnətdarlıq etmək kimi insani borcunu ödəməyi bacarmadı. “Əlbəttə, bu da bir əxlaqdır və açığını deyim ki, heç də müsbət keyfiyyət kimi qiymətləndirilə bilməz. Məsələnin mahiyyətinə gəldikdə, mənim bildiyimə görə əsl həqiqət bundan ibarətdir ki, keçmiş səhiyyə naziri Əli İnsanovun azadlığa çıxarılmasını, onun özünün dediyinin tam əksinə olaraq, heç bir beynəlxalq təşkilat xahiş etməyib və bu mənada onun bəzi xarici dövlətlərə və beynəlxalq təşkilatlara minnətdarlıq etməsi, yumşaq desək, tamamilə yersizdir. Korrupsiya və vəzifə səlahiyyətlərini aşmaqda suçlanaraq azadlıqdan məhrum edilən birisini müdafiə etmək heç bir beynəlxalq təşkilatın ağlına belə gəlməz.

insanov

Əli İnsanovun azadlığa çıxması məhz elə haldır ki, bu, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və böyük humanizmi sayəsində reallaşıb. Bunu bilməmək, qiymətləndirməmək nəinki səhvdir, həm də hesab edirəm ki, böyük qəbahətdir. Onu da qeyd edim ki, bu fikri çoxları bölüşür”.

Ə.Əhmədov sabiq naziri Heydər Əliyev yoluna xəyanətdə ittiham edib: “Əli İnsanov hər dəfə ciddi suçlarına görə qanunla cəzasını alıb. Mən onun əməllərinə hüquqi qiymət vermək istəmirəm. Hüquqi qiymət məhkəmə tərəfindən verilir. Ancaq onun suçunun mənəvi tərəfi də var. Bunun da adı Heydər Əliyev yoluna xəyanətdir. Azadlığa çıxan kimi verdiyi bəyanatlar deməyə əsas verir ki, o, əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən təkrarlamağa hazırdır. Heydər Əliyev yoluna sadiq olan insanlar bu xəyanəti ona bağışlamırlar və heç zaman bağışlamayacaqlar.

Əli İnsanovun digər səhvi özünü Qərbi azərbaycanlıların ağsaqqalı elan etməsidir. Açığı, sözügedən çoxsaylı toplum heç zaman onu özünə ağsaqqal seçməyib. Zamanında Qərbi azərbaycanlıların lideri Heydər Əliyev idi, indi isə Azərbaycan Prezidenti İlham Əliyevdir”.

Ə.Əhmədov məqaləsinin sonunda Ə.İnsanova maraqlı bir çağırış edir. Sitat: “Prezident İlham Əliyev böyük humanistliyini göstərdi. Növbədə Əli İnsanovun Prezident humanistliyinin mahiyyətini və miqyasını dərk etməsidir. Prezidentin əfvi Əli İnsanov üçün ciddi şansdır. Bu şansı necə qiymətləndirmək onun işidir. İstərdik ki, Əli İnsanov olub keçənlərdən düzgün nəticə cıxarsın.

Yaxşı olar ki, Əli İnsanov vaxtilə dəfələrlə sədaqət andı içdiyi və onu yüksək dövlət postuna - səhiyyə naziri vəzifəsinə təyin etmiş Heydər Əliyevin xatirəsinə hörmət əlaməti olaraq onun məzarını ziyarət edib, çiçəklər qoysun. Xalqımızın çoxəsrlik ənənəsinə uyğun olaraq onun belə bir hərəkəti Novruz bayramında çox yerinə düşərdi”.

15446273164183936225_1000x669

Əli Əhmədovun Heydər Əliyev yoluna xəyanətdə ittiham etdiyi Əli İnsanovu Heydər Əliyevin məzarını ziyarət etməyə səsləməsi yerinə düşürmü? Fikrimizcə, bu təsadüfi deyil. Bəzi məlumatlara görə Əli İnsanov həqiqətən də Heydər Əliyevin məzarını ziyarət etmək niyyətindədir. Lakin onun belə bir addımı heç bir halda hakimiyyətin xeyrinə olmaz. Siyasi müşahidəçilər hesab edirlər ki, Əli İnsanovun Heydər Əliyevin məzarını ziyarət etməsi ona əlavə divident qazandırar və narazı Əliyevçilərin yanında da hörmətini artırar. Narazılar, YAP-dan küskünlər Əli İnsanovun bu hərəkətini təqdir etməklə yanaşı onun ətrafına toplaşmaq üçün arqument qazanmış olarlar. Yəni Əli İnsanovun ətrafında hər hansı təşkilatlanmanı əngəlləmək üçün onu Heydər Əliyevə, onun yoluna, ideyalarına dönüklükdə də ittiham etmək vacibdir. Lakin Heydər Əliyevin məzarının ziyarəti, ona ehtiram nümayişi bu səpkili ittihamların təsirini heçə endirər və İnsanov-hakimiyyət qarşıdurmasına "Əliyevçilər arasında qarşıdurma" mahiyyəti qazandırar. 

Görünür belə bir perspektiv YAP-da narahatçılıq doğurduğundan Əli Əhmədov, əslində Əli İnsanovu fikrindən daşındırmaq üçün belə bir çağırış edib.

Rasim ƏLİYEV

635x100

Şərhlər

yalçın 2019-03-20 11:50:30

ay ... ərəseydəki pedros-partiya edinıy izrail firqəsinin buradakı balasının üzvü

АLİK 2019-03-20 11:50:30

ƏLİ ƏHMƏDOVUN TƏƏCCÜBÜNDƏN BELƏ BAŞA DÜŞDÜK Kİ PREZİDENTİN BU DƏRƏCƏDƏ HUMANİSTLİYİNƏ MÜƏYYƏN QƏDƏR ŞÜBHƏSİ VAR İMİŞ..ÇOX MARAQLI AÇIQLAMADIR, HƏTTA BİR QƏDƏR ŞANTAJ QOXUSU DA GƏLİR.

Azad insan 2019-03-20 11:50:30

Əli insanov azadlığa çıxdı əli əhmədov hələ çıxa bilməyib

Herodot 2019-03-20 11:50:30

Bəs Ramiz Mehdiyevin adı çəkilən şərhləri ixtisarla verir, onun adını isə şərhlərdən silirsiniz. Səbəb nədir? Millətçilikdən dəm vurursunuz, amma ...

Google 2019-03-20 11:50:30

2003 den sonra hakimiyyetde qerbi azerbaycanli yoxdu.ulu onderimiz rehmete gedennen qerbi azerbaycanlilarda .... ancaq nedense herzaman onlarin adi hallanir bilerekden bunu cemiyyete yeridirlerki diger bolgeler meselen baki sirvan ve nacxcivan klaninin adi hallanmasin cox bunu yuxarilar meqsedyonlu sekilde eliyir.tehsile gedebeyli sehiyyeye bakili emlaka da celilabadli geldi ne oldu ne deyisdi deyisen yalniz birsey oldu qiymetler od bahasina.ancaq ulu onderin vaxtinda neft pullari yoxuydu yenede ehali pis dolanmirdi.indi neft pullariynan onnan agir yasayiriq.tv lerimizde xususilede qizlarimiza normal birseyde izletdire bilmirik hansi kanali acirsan exlaqsizligi teblig eliyirler.gor ne gune qalmisiq ki nura suri murad dadasov tolik zaur kamal tunzale agayeva briliant dadasova kimi insanlar bize ders kecirler

Ok 2019-03-20 11:50:30

ELI INSANOV TEMIZ TURKDU

Mahir Əliyev 2019-03-20 11:50:30

Əli İnsanov əqidəli insan olduğunu sübut edib.

Herodot 2019-03-20 11:50:30

Heydər Əliyev yolu Rusiyasız, azad Azərbaycan idi, amma ... Azərbaycanı Rusiyaya satdılar.

Ayzek 2019-03-20 11:50:30

fərhad əliyev də türmədən çıxanda heç kimə təşəkkür eləmədi.Çünki sifarişlə içəri salınmışdı.

Amon 2019-03-20 11:50:30

ELI INSANOV ULU ONDER HEYDER ELIYEV REHMETE GEDENNEN SONRA HAKIMIYYETE OZU GELMEK ISTEYIRDI BUNADA RUSIYA VE QERB XUSUSILEDE BP SIRKETI HECVAXT RAZI OLMAZDI.ONA GOREDE TEZ BIR ZAMANDA ELI INSANOVU HEBSE ATDIRDILAR SEBEB ISE COX SADE IDI BP RUSIYA VE QERB NEFT KONTRAKTLARI BAGLAMISDILAR VE BOYUK PAY ONLARA CATACAQDI BIR SOZLE OLKENIN PULLARINI SUMURECEKDILER DEYE INDIKI HAKIMIYYET ONLARA LAZIMIYDI VE ELEDE OLDU

t.ədalət 2019-03-20 11:50:30

Əli İnsanovu elə təqdim edirlər ki,guya kişi qeyri-adi güc sahibidir.Hakimiyyəti irəvanlıların "qəzəbindən" qorxutmaq üçün atılan bu addımların heç bir əsası yoxdur.Rövşən Cavadovla bağlı hadisələr zamanı prezident aparatında Heydər Əliyevin yanında olan Əli İnsanovun soin anda qorxudan pencəyinbi orda qoyub aradan çıxdığını yaxşı bilirsiniz...

Qıpçaq Məlik 2019-03-20 11:50:30

heydər əliyev yolu... bel yol da varmış... ..

Cabir 2019-03-20 11:50:30

Bunun yazısın oxuyan Var?Adı görünən kimi hamı bilir ki,boşboğazdır.

Bashirov Qarib 2019-03-20 11:50:30

Adamın həyatını məhv ediblər,indi də deyirlər bizə minnəttar olmalısan.

Amon 2019-03-20 11:50:30

Tebii ki hakimiyyetde temsil olunan hakimiyyete qarsi olanlara qarsi bele cixislar elemelidi

Veteran 2019-03-20 11:50:30

Əli əhmədov Qarbaçov H.Əliyevi Moskvadan buraxanda Əliyev Leninin movzeleyini ziyarət etdimi? Əli İnsanov kişi kimi yatdı kişi kimi çıxdı və xalqda belə kişilərə həmişə hörmət edib və edəcək onların keçmişi bu gün heç kımi narahat etmir

Эзоп 2019-03-20 11:50:30

Давно смотрел телевизионный спектакль, где Эзопа Калягин играл. Если верить той трактовке, а у меня нет оснований не доверять показанным фактам, то море должен был выпить Ксанф, который перебрав вина накануне поспорил с одним из своих "друзей" философов. Проснувшись поутру и вспомнив подробности своей хвальбы, Ксанф впал в уныние, ибо его философия куда-то улетучилась, выхода он не видел. Но у него же был очень умный Эзоп, в рабстве, его ученостью Ксанф и воспользовался, причем пообещав дать дарственную за совет. Но обещания он своего не выполнил. Эзоп же рассказал, как надо выпить море, точнее обозначил условия, которые должны были выполнить приятели Ксанфа. Это отсечь все реки и подводные воды, которые наполняют море, и только после этого Ксанф брался выполнить свое обещание. Мудрец - Эзоп

Mirzə AĞ 2019-03-20 11:50:30

Başdan-başa yaltaqlar ölkəsinə çevirdiniz vətəni...

Son yazılar