Bakıda avtomobildən oğurluq edən keçmiş məhkum saxlanılıb

Bakıda avtomobildən oğurluq edən keçmiş məhkum saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinə müraciət edən Bakı şəhər sakini T.Mirzəzadə martın 17-nə keçən gecə Yeni Yasamal-1 yaşayış sahəsində evinin qarşısında saxladığı “Niva” markalı avtomobilinin yan güzgülərinin oğurlandığını bildirib.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, Ağdam rayon sakini, əvvəllər oğurluğa və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Q.Quliyev qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar