Ərdoğan “Washington Post” qəzetinə məqalə yazdı

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Yeni Zelandiyada məscidlərdə törədilən terror aktlarında 50 nəfərin öldürülməsi ilə bağlı “Washington Post” qəzetində bir məqalə yazıb. Musavat.com BBC Türkcəyə istinadən xəbər verir ki, Ərdoğan terrorçunun istifadə etdiyi silahların üzərində və internetdə yayınladığı manifestdə bir çox tarixi hadisə ilə bağlı xatırlatma olduğunu bildirərək, həm özünün, həm də Türkiyənin adını dəfələrlə çəkilməsinin diqqət çəkdiyini və bunun dərin araşdırma tələb etdiyini yazıb.

Ərdoğan aşağıdakıları yazıb: “Kraystçörç qətliamının törədicisi olduğu iddia edilən şəxs, dünya tarixini və xristian inancını təhrif edərək, yanlış düşüncələrini məşhurlaşdırmağa çalışdı. İnsanlar arasında nifrət toxumarı əkmək istədi. Terrorun dini, dili ya da irqi olmayacağını dəfələrlə vurğulamış bir lider olaraq, keçən həftə yaşanan terror hücumlarını xristianlıq düşüncələri, əxlaqi və ya qanunlarla əlaqələndirmə cəhdlərini də kateqorik olaraq rədd edirəm. Yeni Zelandiyada yaşananlar, cəhalət və nifrətin zəhərli bir məhsuludur”.

Ərdoğan eynən Kraystçörç terrorçusu kimi İraq Şam Dövlətinin (İŞİD) də İstanbulun yenidən fəthindən danışdığını və hər ikisinin də Türkiyə Cümhuriyyətini ortadan qaldırmağa and içdiklərini yazıb: “Bu mənada Yeni Zelandiyada məsum insanların canına qıyan qatil ilə Türkiyə, Fransa, İndoneziya və digər başqa bir çox yerdə terror aksiyası təşkil edənlər arasında əsla heç bir fərq olmadığını görməliyik. İslam dövləti hücumlarının ardınca eynilə avstraliyalı Fraser Anning kimi islamı və müsəlmanları suçladı. O dönəmdə inancımızın terrorla əlaqələndirməsinə qarşı çıxdıq və terroristlərin dinimizi əlimizdən alma cəhdlərinə izn verməməyə söz verdik.

...Nə yazıq, lideral dəyərlərlə əlaqələnməyən islamafobiya və xarici düşmənliyi qarşısında Avropa və qərbli dünyanın digər parçaları səssis qaldı. Bunun yenidən olmasına icazə verə bilmərik...

...Əgər dünya gələcəkdə Yeni Zelandiyadakına bənzər hücumların olmasının qarşısını almaq istəyirsə, bu yaşananların koordinasiyalı bir qaralama kampaniyasının nəticəsi olduğunu qəbul edərək, yola çıxmaq lazımdır.

Türk xalqı yüz illərdir yaşadığı vətənini sadəcə terroristlər elə tələb etdi deyə qoyub gedəcək deyil. Ya da qatillərin bizi, hər hansı bir dini cəmiyyəti, xalqı və qrupu hədəf almağa razı salmasına icazə verməyəcəyik”.

Ərdoğan Kraystçörçdəki məscid hücumlarının ardınca Qərbin bəzi öhdəlikləri olduğunu deyərək, qərbli cəmiyyətlərin və dövlətlərin irqçiliyini, xarici düşmənliyini və İslamafobiyanın normallaşmasının qarşısına keçmək lazım olduğunu deyib.

Ərdoğan yazısının sonunda qərbli liderlərinin hamısının ölkələrində yaşayan müsəlmanları mənimsəməsi məsələsində Yeni Zelandiya baş naziri Jacinda Ardernin "cəsarəti, liderliyi və səmimiyyətindən dərs alması” lazım olduğunu dedi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar