«Qazaxıstanın paytaxtına Nursultan adı verilsin» - Tokayevdən ilk təklif

«AzPolitika.info»-nun Qazaxıstan KİV-nə istinadla verdiyi xəbərə görə, Qazaxıstan prezidenti vəzifələrinin icrasına başlayan Qasım-Comərd Tokayev ölkənin ilk prezidenti Nursultan Nazarbayevin adını əbədiləşdirmək məqsədilə, paytaxt Astana şəhərinə onun adının verilməsini təklif edib.

«Bizim paytaxtımız bizim prezidentimizin adını daşımalı və Nursultan adlandırılmalıdır» - Tokayev bildirib.

O, əlavə edib ki, Astanada (Qazaxıstanın paytaxtı) Nazarbayevin şərəfinə abidə kompleksi ucaldılmalı, Qazıxıstanın vilayət şəhərlərinin mərkəzi küçələri isə ölkənin ilk prezidentinin adını daşımalıdır.

Beləliklə, Nazarbayevin siyasi «varisi» gerçəkdən Comərd olduğunu elə ilk addımında təsdiqlədi.

Xatırladaq ki, martın 19-da Nazarbayev martın 20-dən özünün prezident səlahiyyətlərinə xitam verilməsi barədə fərman imzalayıb. Onun səlahiyyətləri parlament senatının sabiq spikeri Qasım-Comərd Tokayevə ötürülüb.

635x100

Şərhlər

NURəddin 2019-03-20 13:05:33

ADAM AĞZINI AÇAN KİMİ ONUN KİMLİYİ MƏLUM OLUR.ƏLİM ÇATSATDI DEYƏRDİM Kİ,PREZİDENTLİYİN QARA GƏLSİN. SƏNİ TOK VURSUN.10 MİN VOLTLUK.

Son yazılar