Son bir ildə ixrac 42,6%, idxal isə 49,2% artıb - Şəkər idxalında 3,3 dəfə artım olub

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 20,81 mln. ABŞ dolları dəyərində 55,786 min ton şəkər idxal edib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 13,291 mln. dollar (2,8 dəfə) və 39,105 min ton (3,3 dəfə) çoxdur.

Hesabat dövründə şəkər idxalı Azərbaycanın ümumi idxalının 1%-ni təşkil edib.

Qeyd edək ki, Azərbaycanın 2 aylıq ticarət dövriyyəsinin 3,152 mlrd. dolları ixracın, 2,166 milyard dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 42,6%, idxal isə 49,2% artıb.

Qeyd edək ki, idxal və ixracda belə artımın əsl səbəbi gömrükdən əvvəllər  qeydiyyatsız keçirilən məhsulların rəsmiləşdirilməsinə başlanılmasıdır. Yəni, şəxsi ciblərə axan milyardların bir hissəsi büdcəyə yönəldilib.

Azpolitika.info

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar