Tullantı suları müharibələrdən daha çox öldürür - Dəhşətli statistika

BMT hər il su ehtiyatlarının vəziyyət və inkişafı haqqında hesabat dərc edir. Ən yeni hesablamalara görə, Yer kürəsində yaşayan hər 10 nəfərdən 3-nün təhlükəsiz suya çıxışı yoxdur. Fransanın “Le Figaro” qəzetinin materialı da bu mövzuya həsr olunub.

Yeni statistikaya görə, 2,1 milyard insan təhlükəsiz sayılan su ilə qidalanmır. On nəfərdən altısı isə (4,5 milyard) təhlükəsiz sanitar xidmətlərdən məhrumdur.

“1980-ci illərdən başlayaraq dünyada su istehlakı hər il 1% artır. 2050-ci ildə şirin suya olan tələbat 20%-dən 30%-ə çıxacaq”,-deyə məqalədə bildirilir.

“Əslində su planetmizdə yaşayan 9 milyard insanın hamısına bəs edir. Lakin əgər bu 9 milyard gündə iki steyk (ət) yesə və 4 dəfə duş qəbul eləsə, o zaman ciddi problemlər doğacaq”,-deyə BMT-nin Su və Sanitariya üzrə fəaliyyətinin koordinatorluğunu icra edən Riçard Konnor qəzetə bildirib.

Məqalədə zəngin ölkələrin səhiyyə sahəsində inqilab etdiyi vurğulanır.

“Xəstəliklərin qarşısını almaq üçün onlar ən varlı insanlar tərəfindən maliyyələşdirilən və hamı üçün nəzərə tutulan suötürücü şəbəkələrini qurublar. Lakin kasıb ölkələrdə zənginlər bu mənada kasıblardan xeyli aralı düşüblər. Buna görə situasiya gündən-günə pisləşməyə davam edir”,- deyə Benəlxalq ətraf mühit və inikişaf araşdırmaları üzrə mərkəzin (CNRS) elmi əməkdaşı Bernar Narrake “Le Figaro”ya danışıb.

“Dünyada şəhər və sənaye tullantı sularının 80%-i heç bir təmizləmə aparılmadan ətraf mühitə buraxılır. İnkişaf etməkdə olan ölkələrdə əksər xəstəliklər də elə su ilə bağlıdır. 2018-ci ildə yatalaq və vəbadan 780 min adam ölüb ki, bu da həmin il müharibələrdə həlak olanlaırn sayından 10 dəfə çoxdur.

İqlim dəyişikliyi üzrə hökumətlərarası ekspertlər qrupunun rəyinə görə, iqlimdəki qeyri-sabit vəziyyət gələcəkdə özünü daha çılpaq şəkildə göstərəcək. Artıq quru sahələr daha da səhralaşır, bataqlığa dönən ərazilərdə isə rütubət artır. Dünyadakı təbii fəlakətlərin 90%-i də məhz su ilə əlaəqldardır,”,-deyə yazıda qeyd olunub.

BMT-nin 2010-2018-ci il dövrü üçün əhatə olunan hesabatında 263 beynəlxalq və ya daxili münaqişənin məhz sudan yarandığı göstərilib. Onlardan 123-də su savaşların birbaşa başlama səbəbi olaraq qeyd olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar