Almaniyada ABŞ səfirinin ölkədən qovulması tələb edildi

Almaniya Bundestaqının sədr müavini Volfqanq Kubiki (Azad demokratlar partiyası-red.) ABŞ səfiri Riçard Qrennelin dərhal “persona non qrata” elan olunaraq ölkədən qovulmaısnı tələb edib. Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, bu R.Qrenellin Almaniya hökumətinə ölkə ÜDM-nin 2%-nin NATO-ya ayırmamasına görə yönəltdiyi tənqidlərdən sonra baş verib.

“Bu adam diplomatdan çox özünü işğal qüvvələtrinin ali komissarı kimi aparır. O bilməlidir ki, bizim də səbrimizin hüdudları var”,-deyə V.Kubiki bildirib.

Onun sözlərinə görə, Riçard Qrennelin ölkənin daxili işlərinə müdaxilə mahiyyəti daşıyan sözlərinə dözmək olmaz. Buna görə də Bundestaqın sədr müavini xarici işlər naziri Hayko Maasdan səfir Riçard Qrenneli “arzuolunmaz şəxs” kimi ölkədə çıxarmasını istəyib.

Xatırladaq ki, səfir R.Qrennel Rusiya ordusunun Almaniyanın astanasında durduğu bir məqamda hərbi xərclərə qənəat etməməli olduğunu söyləmiş və rəsmi Berlinin müdafiə məsrəflərini ÜDM-in 1,5%-nə qədər artırmaq planın kifayət olmadığını bildirmişdi.

“NATO 2014-cü ilə qədər 2% tələb edir,”-deyə Qrennel deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar