ABŞ beysbolçusu dünya idmanı tarixində ən bahalı müqaviləyə imza atıb

ABŞ beysbolçusu Mayk Traut MLB (Baş Beysbol Liqası) klubu "Los-Anceles Encels" ilə 430 milyon dollar məbləğində 12 illik müqavilə bağlayıb.

"Report"un məlumatına görə, bu, idman tarixinə rekord anlaşma kimi düşüb. Traut ildə 36 milyon dollar alacaq. Onun klubla mövcud sözləşməsi 2020-ci ildə başa çatacaqdı. Bunadək rekord digər beysbolçu Zak Qrinkiyə məxsus olub. Qrinki "Arizona Daymondbeks"də 34,4 milyon dollar qazanır.

27 yaşlı Traut "Los-Anceles Encels"də 2011-ci ildən çıxış edir. O, 7 dəfə MLB-nin bütün ulduzlarının matçında iştirak edib, 2 dəfə Liqanın ən yaxşı oyunçusu sayılıb. 2018-ci ilin iyununda "Forbes" jurnalı boksçu Floyd Meyvezeri ən yüksək ödənişli idmançı sayıb. Meyvezer 2017-ci ildə 285 milyon dollar qazanıb. Lionel Messi (111 milyon dollar) ikinci, Kriştianu Ronaldu (108 milyon dollar) üçüncü yeri tutub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar