"Sənədsiz toyuq" aşkarlanıb... - Qida Agentliyindən qəribə "əməliyyat"

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, növbəti belə tədbir martın 18-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Xızı rayonu ərazisində keçirilib.

Sitalçay kəndi ərazisində S.Səlimova məxsus “VAZ-21043” markalı avtomobilə baxış zamanı müvafiq sənədləri olmayan və qida üçün yararlığı şübhə doğuran 110 ədəd diri toyuq aşkar edilərək götürülüb və yoxlanılması üçün Quba regional laboratoriyasına təhvil verilib.

"Sənədsiz toyuq"... Bu da təzə çıxdı? Adam həyətində yetişdirdiyi toyuğu satmağa aparırsa, hardan və nə sənəd almalıdır?...

635x100

Şərhlər

Mirzə AĞ 2019-03-20 16:45:30

Get, ey "pərizad", sən Ley... toyuq deyilsən!

EJDER 2019-03-20 16:45:30

BRAVO ,MOLODES.BU ANALOQU OLMAYAN HOKUMETIMIZIN VE ONUN WANLI POLISININ GUCLENDIRILMIW IW REWIMINE KECIDI,QIDA TEHLUKESIZLIYI EMEKDAWLARI ILE BIRGE KECIRDIYI TEDBIRLERIN ANALOQU OLMAYAN ,DAYANIQLI VE SURRRETLI INKIWAFININ DANILNAZ NETICESIDI...WEREF ,WOHRET ORDENINE LAYIQ HEREKETDI,LUKAWENKO CANI.HESAB EDIREM KI,ASAN XIDMETE MURACIET EDIB,TOYUQLARA YENI WEXSIYYET,ANALOQU OLMAYAN,VESIQELERI TEQDIM OLUNMALIDI.BELI BU SAAT UZBEK ,EKELER BAKIYA GELIB ELMAN EKE ILE TANIWLIQ ETMEK ISTEYIRLER...BELE AKADEMIKIN ..

SERHEDCI 2019-03-20 16:45:30

HER BIR TOJUGUN SENEDI VAR MENDEDI RAJONU TERK EDEN ZAMAN KONULLU TEHVIL veribler

Veteran 2019-03-20 16:45:30

Oqtay muellim sened veren tewkilatin adi yazinin bawliginda verilib, yazini diqqetle oxuyun, adicekilen qurum selahiyyetlileri toyuq-cucenin uzune baxan kimi onlarin yerli ve yaxud gelme oldugunu mueyyen ede bilir. Siz ozunuzu incitmeyin, yazilin qebula cuceleri de goturub aparin agentliye. Yeqin ki, aidiyyeti wexs cuceleri gorenden sonra inwAllah onlarin bicbala olmadigi testiqini tapar ve yaw kagizini alarsiniz. Her halda umudinizi itirmeyin, yaxwi insanlar her yerde var komek elini uzadan tapilar.

tolik 2019-03-20 16:45:30

Asançı nazirin asançı agentləri.....

Saxur 2019-03-20 16:45:30

Analoqu olmayan olkedide )))

Oqtay 2019-03-20 16:45:30

Ayın 15də toyuq 12 cücə cıxarıb bir yumurtadan cücə gec çıxdı keysəri əməliyyatla yumurtanı sındırmağa mən kömək etdim. İndi bunlara ilkin sənəd yaş kağızı almaq istədim ASAN xidmət vermir Sənəd almağın yerini bilən varsa xahiş edirəm yazın yoxsa gələcəkdə bunların yumurtasından çıxanlar bic doğulmuş sayılacaqlar

Mehdi 2019-03-20 16:45:30

Mesenin çir meyvelerine qoyulan cerimelete oxsayir.Deyirem goresen bu basibos adamlari hardan tapib vezifelere yerlesdirirler.Ölkeni oyuncaq,gulmeli bir veziyyete getiriblet.Deyirem yani binlarin bir basbileni meslehet vereni yoxdurki bunlari basa salsinki taa besdirin.ХВАТИТ.

Veteran 2019-03-20 16:45:30

Mene ele gelir ki, bu mesele daha derinden arawdirilmali ve bu toyuqlarin cixdigi yumurtalarin menbeyi mueyyen edilmelidir.

Roman 2019-03-20 16:45:30

Anormal inkishafin neticesidir

Müfəttiş 2019-03-20 16:45:30

QTA-ya, bu toyuqların hansı xoruzun mülkiyyəti olduqları barəsində sənəd təqdim etmək lazımdir...

Son yazılar